Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, kompaniya gələn həftə Berlində baş tutacaq aviaşouda da öz komandası ilə təmsil olunmağı planlaşdırır.
“Bu şou bizim üçün çox əhəmiyyətlidir. İnanırıq ki, qalib gələcəyik”, - deyə “Lockheed”in “Sikorsky” proqramının beynəlxalq satışlarına rəhbərlik edən Bes Parsella bildirib.
ABŞ-ın silahqayırma şirkətinin yeni “Sikorsky” CH-53K helikopteri Berlin aviaşousunda ilk qlobal debütünü gerçəkləşdirəcək.
Parsella bildirib ki, helikopterlə bağlı artıq “Rheinmetall”, “MTU Aero Engines”, “Hensoldt Sensors AG”, “Hydro Systems”, Jenopotik Germany”, “Liebherr” şirkətləri ilə anlaşma əldə edilmək üzrədir.
Ağalar Ağalarlı
Ordu.az