Ərdoğanın müşaviri: “Qərb Suriyada aviazərbələrin uğurları barədə yanılır”

2018/04/345345345_1524052014.jpg
Oxunub: 2668     19:44     18 Aprel 2018    
“Qərb siyasi liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron ötən həftə Suriyaya endirilən aviazərbələrin uğuru mövzusunda yanılır”.

Ordu.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş diplomatik müşaviri İlnur Çevik bəyan edib.

“Makron yanlış olaraq təxmin edilən kimyəvi silahların olduğu obyektlərə endirilən zərblərin Türkiyəni Qərbə doğru itəliləyəcəyini düşünür, lakin Moskva ilə Ankaranın əlaqələri çox möhkəmdir”, - deyə Çevik bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiya və İranın müttəfiqi deyil, çünki onlar Əsədi dəstəkləyirlər. Lakin Ankara öz qərbli müttəfiqlərindən daha çox narazıdır, çünki onlar YPG terrorçularını açıq-aşkar maliyyələşdirirlər.

“Bu səbəbdən Böyük Britaniyanın baş naziri Tereza Mey, Makron və ABŞ prezidenti Donald Tramp Əsədə qarşı çıxış edən həqiqi müxalifəti dəstəkləməlidir, terrorçuları yox. Belə olan halda Qərb də Suriyadakı sülh prosesində iştirak edə bilər”, - deyə Çevik açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Çevik   Raket-zərbəsi  


Bizi "telegram"da izləyin