Liberman İsrailin qonşularına səslənib: “...Bizi sınamayın”

2018/04/456_1524051455.jpg
Oxunub: 1793     19:36     18 Aprel 2018    
“Məsələ təhlükəsizliyimiz olduqda heç kimlə kompromisə getmərik. Həm şimal, həm cənubdakı qonşularımıza məsləhət görürəm ki, bizi sınamasınlar”.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri İsrail Müdafiə naziri Aviqdor Liberman səsləndirib.

Ölən əsgərləri Anma Günü münasibətilə Qüdsdəki İsrail mərkəzi memorial tədbirinə qatılan minlərlə insana müraciət edən Liberman ölkəsinin heç bir təhlükədən qorxmadığını vurğulayıb.

“Bizim təhlükədən çəkinmirik. Təəssüf ki, Müstəqillik Müharibəsinin üstündən 70 il keçməsinə baxmyaraq, İsrail dövlətini məhv etmək, dağıtmaqla bağlı təhdidlər hələ də ara vermir. Buna görə, də güclü olmalıyıq. Başa düşməliyik ki, mürəkkəb şəraitdə yaşayırıq. Hər bir qabiliyyətə malik olmalı və İsrail Müdafiə Qüvvələrini daima gücləndirməliyik”, - deyə o qeyd edib.

Qonşu dövlətlərə də səslənən Liberman bu fikirləri səsləndirib: “Biz macəra axtarmırıq, lakin məsələ İsrail və onun vətəndaşlarının təhlükəsizliyi olduqda heç nəyə göz yummarıq. Qonşularımıza məsləhət görərdim ki, bunu diqqətə alıb ciddi qəbul etsinlər”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin