ABŞ generalı: “Putinin raketlərinə inanmağa səsləyirəm”

2018/04/435345345_1524049935.jpg
Oxunub: 2983     19:10     18 Aprel 2018    
“Vaşinqtonun Rusiyada məğlubedilməz hipersəs raketlərin mövcudluğu barədə sübutları yoxdur, lakin Rusiya prezidenti Vladimit Putinin müasir silahlanma barədə sözlərinə inanmağa səsləyirəm”.

Ordu.az “Defence News” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının rəhbəri, general Con Hayten bəyan edib.

“Mən sizə bizim bunu izləmək üçün istifadə etdiyimiz vasitələr barədə heç bir təfərrüat açıqlamayacam. Bu raketlərin imkanları barədə texniki detalları da danışmayacam. Lakin deyə bilərəm, biz Rusiya və Çinin hipersəs silahlarını necə sınaqdan keçirdiyini müşahidə etmişik”, - deyə Hayten bildirib.

O qeyd edib ki, son illərdə ABŞ da hipersəs silahının sınaqlarını keçirir, lakin bu sınaqlar yetərincə uğurlu olmayıb və həmin silahlardan imtina edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Hipersəs-silahları  


Bizi "telegram"da izləyin