Sinayda İŞİD rəhbəri məhv edilib

2018/04/345345_1524049750.jpg
Oxunub: 2741     19:08     18 Aprel 2018    
Misir ordusu Sinay yarımadasında apardığı hərbi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının rəhbərini öldürüb.

Ordu.az “Fox News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Tamər əl-Rifai bildirib.

Sözçü öldürülənin Nasir Əbu Zaqul olduğunu qeyd edib, lakin detallara varmayıb.

Qeyd edək ki, bu fakt terrorçuların kamikadze hücumu nəticəsində 8 Misir əsgərinin həlak olması və 15 əsgərin yaralanmasından sonraya təsadüf edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinay   İŞİD  


Bizi "telegram"da izləyin