Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT emissar aparatının rəhbəri səlahiyyətlərini icra edən Maykl Konte bəyan edib.
“Xüsusi səfir cümə günü Moskvada yüksək çinli rusiyalı rəsmi şəxslərlə görüşəcək”, - deyə Konte bildirib.
O qeyd edib ki, görüş çərçivəsində tərəflər Suriyada mövcud vəziyyətin tənzimlənməsi məsələləri, o cümlədən Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin nəticələrinin həyata keçirilmə vəziyyətini müzakirə edəcəklər.
Ağalar Qəribov
Ordu.az