Qəzza zolağının cənub hissəsində terrorçular sərhəd zonasında keşik çəkən İsrail əsgərlərinə atəş açıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda hadisəyə cavab verildiyi, HƏMAS-ın ərazidəki mövqelərinə tanklardan zərbələr endirildiyi qeyd olunub. İnsident zamanı İsrail tərəfi itki verməyib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
HƏMAS
İsrail
Qəzza