İran yeni raket sistemini təqdim edib

2018/04/345345_1524042617.jpg
Oxunub: 3334     17:57     18 Aprel 2018    
İran Ordu günün ilə əlaqədar olaraq keçirilən hərbi parada yeni “Kamin-2” hava hücumundan müdafiə sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, “Kamin-2” yüksək hündürlükdə PUA-ların məhv edilməsi üçün nəzərdə tutulub.

Bu sistem 2010-cu ildə İranda istehsal olunan “Mersad” kiçik və orta fəaliyyət mənzilli HHM sisteminin təkmilləşdirilmiş versiyasıdır.

Daha öncə “Mehr” agentliyi İran prezidenti Həsən Ruhaninin İranın ona lazım olan istənilən növ silah istehsal edəcəyini bəyan etdiyini açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mersad   Kamin-2  


Bizi "telegram"da izləyin