İsrail F-15-ləri ABŞ-dakı təlimlərə yollanmayacaq

2018/04/56456_1524042444.jpg
Oxunub: 1968     17:43     18 Aprel 2018    
Regionda artan gərginlik fonunda İsrail hökuməti F-15 qırıcılarını ABŞ-dakı təlimlərə göndərmədən ölkədə saxlamaq qərarına gəlib.

Ordu.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, bu qərarın verilməsinin səbəbi Qəzza bölgəsində aktivliyin və gərginiyin artması olaraq göstərilir.

Xatırladaq ki, İsrail qırıcıları gələn ay Alyaskada keçirləcək “Red Flag” təlimlərində iştirak etməli idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin