Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb.
Məlumata görə, “Hostile Fire Detection” sistemi artıq 2019-cu ildə rəsmi sınaqlar üçün hazır olacaq.
“Sensor qalxanı”nın istehsalıçıları qeyd ediblər ki, atıcı silahlar zirehli texnika üçün ciddi təhlükə törətməsə də, yeni müdafiə qayı potensial təhlüükəni tez və qısa şəkildə aşkarlamaq və aradan qaldırmaq imkanı yaradacaq. Həmçinin bu müdafiənin daha dağıdıcı gücə malik mərmilərə də tab gətirə bildiyi iddia olunur. O cümlədən tank desantının da bu vasitə ilə sağ qalma şanslarının artırılacağı bildirilir.
İstehsalçılar yeni müdafiə sistemi üçün infraqırmızı və akustik sensorlar, həmçinin yeni vizual qəbuletmə texnologiyalarını vahid sistemə inteqrasiya ediblər.
Ağalar Qəribov
Ordu.az