Malaziya Ukraynanın PUA, TƏRK, avtotexnika və təyyarələrinə maraq göstərir

2018/04/4576567567_1523972632.jpg
Oxunub: 1135     17:40     17 Aprel 2018    
Ukrayna və Malaziya ikitərəfli hərbi-texniki əməkdaşlığı genişləndirmək planı üzərində çalışır.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” dövlət konserni məlumat yayıb.

Məlumata görə, hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə razılıq “Ukroboronprom” rəhbəri Pavl Bukinlə Malaziyanın ali hərbi rəhbərliyi arasında Kuala-Lumpurda baş tutan görüş çərçivəsində əldə olunub.

Danışıqlar çərçivəsində Malaziya tərəfi Ukrayna istehsalı olan pilotsuz uçuş aparatları, tank əleyhinə raket kompleksləri, avtotexnika və təyyarələrinə maraq göstərdiyini bildirib. Xüsusilə “Antonov” təyyarələrinin böyük maraq doğurduğu vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Malaziya-Ukrayna   PUA   TƏRK  

Xəbər lenti

Malaziya Ukraynanın PUA, TƏRK, avtotexnika və təyyarələrinə maraq göstərir

2018/04/4576567567_1523972632.jpg
Oxunub: 1138     17:40     17 Aprel 2018    