Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan HHQ-nin marşalı BS Dhanoa təlimlərdə 1100-dən çox təyyarənin qoşulduğunu bildirib.
O bildirib ki, bu təyyarələr çox müxtəlif hava reydləri, döyüş təlimləri həyata keçirirlər. Marşal hazırda HHQ-nin bütün digər treyninq fəaliyyətlərinin təlimdən dolayı dondurulduğunu vurğulayıb.
Qeyd edək ki, “Gaganshakhti” 8-22 aprel tarixlərində baş tutacaq. Təlimin əsas məqsədi Hindistan HHQ-nin Çin və Pakistan olmaqla iki cəbhədə eyni zamanda müharibə aparmaq imkanlarını sınaqdan keçirməkdir.
Təlimdə 15 mindən çox canlı qüvvə, 1100-dən çox hava vasitəsi istifadə edilir ki, bunun da yarısından çoxu qırıcı təyyarədir.
Ağalar Ağalarlı
Ordu.az