Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sərginin statik ekspozisiyası “Patriot” parkının açıq meydançalarında yerləşdiləcək, “Alabino” poliqonunda isə xüsusi mühəndis texnikasının imkanları nümayiş etdiriləcək.
“İlk dəfə “Armiya-2018” Beynəlxalq Hərbi-texniki Sərgisində UBİM universal zirehli mühəndis maşını, TMM-7 ağır mexanikləşdirilmiş körpü, İSDM məsafədən idarə olunan mühəndis minatəmizəmə sistemi, BUM-2 deşici-zərbə maşını, həmçinin maksimal yüksək dərəcəli müdafiə ilə təmin olunan OVR-ZŞ və OVR-2-02 yeni minatəmizləmə komplektləri nümayiş etdiriləcək”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az