Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Yəməndəki müharibənin hazırkı vəziyyətinə dair mətbuat konfransı keçirən koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Turki əl-Maliki söyləyib.
O, deyib ki, bu vaxta qədər qiyamçılar 119 ballistik raket atıb. Onlar ən çox Səudiyyə Ərəbistanının qərbində yerləşən Abha aeroportunu hədəf almağa çalışırlar.
Lakin bu raketlərin böyük hissəsi zərərsizləşdirilərək məhv edilib. Bundan başqa müharibə ərzində husilərin 737 mövqeyi dağıdılıb.
Ağalar Ağalarlı
Ordu.az