Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, XAO-nun strateq və silah ekspertləri əməliyyatı diqqətlə izləyib və müttəfiq qüvvələrin hazırlıq göstəriciləri ilə bağlı qeydlər götürüblər.
Çinin rəsmi mətbu orqanı “Global Times” zəngin müharibə təcrübəsi və geniş arsenala malik ABŞ-ın nöqtə hücum sahəsində dünyada lider olduğunu etiraf edib.
Nəşr, istənilən halda XAO-nun da sakit şəkildə bu sahədə öz imkanlarını durmadan inkişaf etdirməkdə olduğunu və son illərdə ciddi nailiyyətlər əldə etdiyini bildirib.
Başqa bir rəsmi mətbu orqan Çin Mərkəzi Televiziyası XAO-nun Raket Qüvvələrinin həssas dəqiqliyə malik yeni orta-uzaqmənzilli raketi istifadəyə verməsi ilə bağlı xəbər yayıb.
Bəzi ekspertlər bu raketin DF-26-nın yeni versiyası olduğunu düşünür. Raketin vuruş radius 3-4 min kilometrdir.
Ağalar Ağalarlı
Ordu.az