Ordu.az “France Info” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan İv Le Drian bəyan edib.
“Şənbə günü endirilən zərbələr çərçivəsində 3 obekt dağıdılıb: kimyəvi arsenalın anbar, istehsal mərkəzi və təhqiqat mərkəzi”, - deyə Le Drian bildirib.
O qeyd edib ki, Qərb koalisiyasının Suriyaya zərbə endirməsinin səbəbi Duma şəhərində kimyəvi silahdan istifadə olunmasıdır.
Ağalar Qəribov
Ordu.az