Trampın ali baş komandan səlahiyyətləri məhdudlaşdırılır?

2018/04/1595_1523951900.jpg
Oxunub: 993     15:57     17 Aprel 2018    
ABŞ-ın hər iki partiyadan olan senatorları ölkə xaricində terrorçulara qarşı güc tətbiqinə icazə verən qətnamənin yenilənmiş formasını təqdim ediblər.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verri ki, yenilənən qətnamə hazırda qüvvədə olan və 2001-ci ildə qəbul olunan qətnaməni əvəzləyəcək.

Qətnamənin müəllifləri Tennesi ştatının senatoru, respublikaçı Bob Korker, Arizona ştatının senatoru Ceff Fleyk, İndiana ştatının senatoru Todd Yanq, həmçinin demokratlardan Virciniya ştatının senatoru Tim Keyn və Florida ştatının senatoru Bill Nelsondur.

Yeni qətnaməyə əsasən prezidentin bu və ya digər terror qruplaşmalarına qarşı güc tətbiq etməklə bağlı səlahiyyətləri məhdudlaşdırılır. Həmçinin senatorlar prezidentin ümumiyyətlə bu hüquqdan məhrum edilməsi mövqeyindən çıxış edirlər.

Senatorlar Konqresin icazəsi olmadan prezidentin müharibə başlamaq barədə əmr verməsi hüququnu isə mütləq şəkildə məhdudlaşdırmaq istəyirlər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Donald-Tramp  

Trampın ali baş komandan səlahiyyətləri məhdudlaşdırılır?

2018/04/1595_1523951900.jpg
Oxunub: 994     15:57     17 Aprel 2018    