Ordu.az xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun 3 əsgəri yaralanıb, daha 2 hərbi qulluqçu isə döyüş zədəsi alıb.
Luqansk istiqamətində separatçlar 152 və 122 millimetrlik artilleriya qurğuları, həmçinin 82 millimetrlik minaatan və qumbaraatanlardan istifadə ediblər.
Donetsk istiqamətində isə Ukrayna ordusunun mövqeləri 120 və 82 millimetrlik minaatan, BMP silahları və müxtəlif iriçaplı pulemyotlardan atəşə tutulub.
Ağalar Qəribov
Ordu.az