Suriyaya hücum 240 milyon dollara başa gəlib

2018/04/received_2132163413682650_1523716184.jpeg
Oxunub: 1364     20:59     14 Aprel 2018    
ABŞ, Britaniya və Fransanın gecə saatlarında Suriya hökumətinə qarşı həyata keçirdiyi hava hücumu təqribən 240 milyon dollara başa gəlib.

Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə hərbi ekspertlər danışıb.

Onlar bildirir ki, hücum zamanı Aralıq dənizindəki döyüş gəmilərindən bəlli hədəflərə “Tomahawk” raketləri atılıb. Bu raketlərdən birinin qiyməti 1 milyon 590 min dollardır. Hücum zamanı 103 raketin atıldığı bildirilir.

Raketlərin atılmasında döyüş gəmiləri, sualtı gəmilər, qırıcı təyyarələr iştirak edib. Nəticə etibarilə raketlərin və digər elementlərin xərclərini topladıqda əməliyyatın ümumilikdə 240 milyon dollara başa gəldiyi aydın olur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   ABŞ   Britaniya   Fransa  

Xəbər lenti

Suriyaya hücum 240 milyon dollara başa gəlib

2018/04/received_2132163413682650_1523716184.jpeg
Oxunub: 1365     20:59     14 Aprel 2018    