102-ci hərbi bazanın HHM bölmələri təlimlərə cəlb edilib

2018/04/received_2512030885689731_1522954552.jpeg
Oxunub: 3575     02:53     06 Aprel 2018    
Ermənistandakı rus hərbi bazasının HHM bölmələrinin zenit raket və tankəleyhinə bölmələri “Buk M1-2”, “Strela-10” zenit raket kompleksləri, “İqla-1” daşınan zenit raket kompleksi tətbiq etməklə şərti düşmənin hava hücumlarının dəf edilməsi üzrə təlimlər keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat mərkəzi məlumat yayıb.

Təlimlərə 200-dək hərbi qulluqçu, 50-dən çox hərbi texnika, o cümlədən qırıcı, ordu və pilotsuz aviasiya bölmələrini təqlid edən qruplar cəlb edilmişdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin