Ermənistan ordusunda anbar rəisi oğurluq edib

2018/04/timthumb4566_1521024782_1521304291_1521706045_1522652463_1522673548_1522932947.jpg
Oxunub: 2864     20:53     05 Aprel 2018    
Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinin ərzaq anbarı rəisi oğurluq edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Armavir polis idarəsi və Ermənistan müdafiə nazirliyinin Eçmiədzin şəhər hərbi polis şöbəsinin əməkdaşları 4 aprel tarixində 43 yaşlı Q.Hovhanesi saxlayaraq, Vağarşapat şəhər polis şöbəsinə gətiriblər.

Məlum olub ki, cari ilin fevral-mart aylarında Üçmüədzin şəhər sakini 35 yaşlı Karen ona həvalə edilmiş, 24 ədəd olmaqla 1 litrlik 2 qutu yağı mənimsəyərək, Hovanesin vasitəsilə Üçmüədzində fəaliyyət göstərən çörək sexi sahibi 36 yaşlı Armenə 30 min dram müqabilində satıb.

Oğurlanan yağları alan Armen saxlanılıb, o, faktı təsdiq edib. Hüquq mühafizə orqanları və hərbi polis Karenin tapılaraq, saxlanılması üçün tədbirlər görür.

Qeyd edək ki, Karen müdafiə nazirliyinin hərbi hissələrindən birində ərzaq anbarı rəisi kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Anbar   Oğurluq  


Bizi "telegram"da izləyin