Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin keçmiş üzvü olan Arakel Movsisyan (ləqəbi Şmays-red) baş vermiş cinayət barədə polis idarəsinə məlumat verib.
İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib ki, hazırda məsələ ilə bağlı cinayət işi açılıb.
Trusyanın sözlərinə görə, fevralın 27-də, saat 21: 40-da, Vaqharşapat polis şöbəsinə məlumat verən, Armavir vilayət sakini Arakel Movsisyan bildirib ki, 20-27 fevral tarixlərində naməlum şəxs "Toyota Land Cruiser" markalı avtomobilinin qapılarının açıq olmasından istifadə edərək, əl çantasında olan Beretta markalı 9mm kalibrli tapançasını gizli şəkildə ələ keçirib. O, bu tapança ilə 1993-cü ildə təltif edildiyini deyib.
“Bereta” tipli tapançanı oğurlayanın şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.
Alpər Mövludoğlu
Ordu.az