Məktəblilər əsgərlərə məktub ünvanlayıb - FOTOLAR

2018/04/30221690_1150320265110920_7307526815625510912_n_1522921787.jpg
Oxunub: 2255     17:57     05 Aprel 2018    
Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən “Əsgərə məktub” layihəsi davam edir.

Ordu.az xəbər verir ki, Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə Cəlilabad rayon Muğan kənd orta məktəbinin şagirdləri əsgərlərə “Biz hər zaman sizin yanınızdayıq”, “Yaşasın Azərbaycan əsgəri” və digər başlıqlı məktublar ünvanlayıblar.

Layihənin əsas məqsədi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqcuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir.

Şagirdlərin məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq, eləcə də ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir.

Yazılan məktublar Gəncə qarnizonu Zabitlər Evi tərəfindən cəbhə bölgəsində xidmət edən əsgərlərimizə çatdırılacaq.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şagirdlər   Əsgərə-məktub  


Bizi "telegram"da izləyin