Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
İran
Hərbi-əməkdaşlıq