Erməni deputat Rusiyadan yeni kredit alacaqlarını inkar etməyib

2018/04/197_1522863826.jpg
Oxunub: 2949     01:41     05 Aprel 2018    
Erməni deputat İrəvanın Rusiyadan silah alınması üçün yeni kredit alacağını inkar etməyib.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin hakim Respublikaçılar partiyasının üzvü deputat, Koryun Nahapetyan erməni KİV-lərinə verdiyi müsahibədə, Rusiya tərəfindən Ermənistana veriləcək yeni kredit məsələsini şərh edərkən bildirib ki, yeni kredit barədə müvafiq təklif parlamentin müzakirəsinə nə zaman daxil olarsa, o zaman bu məsələyə münasibət bildiriləcək.

Hansı həcmdə kreditdən söhbət getdiyi barədə verilən suala, Koryun Nahapetyan eyni cavabı verib: “Hələki təklif təqdim edilmədiyinə görə, bu məsələnin müzakirəsini məqsədəuyğun hesab etmirik”.
.
O, hansı silah növlərinə görə kredit ayrılacaq və doğrudanmı faizsiz olacaq deyə verilən suala da eyni cür cavab verib.

“İstəyirsiniz sualı 4-cü dəfə başqa cür formalaşdırın, gəlin indi ehtimallar qurmayaq. Yeni müqavilə parlamentə müvafiq sənəd daxil olduqda müzakirə olunacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Müdafiə-krediti  


Bizi "telegram"da izləyin