Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mkrtçyan müqavilə əsasında xidmət edən hərbi qulluqçu olub. O, aprelin 1-də növbəni başa vurub Ermənistana getməli olduğu halda, getməyib və aprelin 2-də erməni təxribatçıların törətdiyi hərbi əməliyyatlarda iştirak edib.
Məlumata görə, döyüş zamanı onun pulemyotu nasaz olub. Digər erməni əsgərindən silah istəsə də, komandiri başqasının silahını almağa icazə verməyib. O, təxribat əməliyyatları zamanı aldığı güllə yarasından ölüb.
İrəvan sakini olan Mkrtçyan, şərq idman növü ilə məşğul olub. 2011-2014-cü illərdə erməni sülhməramlı briqadasında xidmət edib. Daha sonra Ermənistan müdafiə nazirliyinin xüsusi təyinatlı briqadasının (hərbi hissə 24923) 4-cü xüsusi təyinatlı dəstəsində kəşfiyyatçı pulemyotçu kimi xidmətini davam etdirib. Onun dəfələrlə təxribat xarakterli tapşırıqların icrası məqsədi ilə Azərbaycanın işğal edilmiş ərazilərinə ezam olunduğu bildirilir.
Alpər Mövludoğlu
Ordu.az