Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşlərindən sonra Ermənistanda səsləndirilən bir çox məsələlər hələ də cavablandırılmayıb.
Müharibə nəticəsində ortaya çıxan çatışmazlıqlar haqqında Ermənistan hakimiyyət nümayəndələri də danışdılar, cinayət işləri qaldırıldı, amma ictimaiyyət çatışmazlıqlara görə məsuliyyət daşıyan vəzifəlilərin cəzalandırılmasını görmədi.
Xatırladaq ki, ötən ilin mart ayında Ermənistan baş naziri Karen Karapetyan parlamentin iclasında, aprel döyüşləri zamanı ordunun yanacaq problemi olduğuna görə hərbi texnikanın istifadə edilə bilmədiyini deyibr.
"Dizel yanacağı ilə yanaşı kerosin qarışdırırlar və beləliklə də bazarda keyfiyyətsiz yanacaq satırlar. Aprel müharibəsi dövründə bizim hərbi texnikamızın bu səbəbdən işləmədiyi bir çox hallar olub",- deyə Karapetyan bildirib. Baş nazirin açıqlamasından sonra heç bir cavab verən şəxs olmadı.
Bir neçə gündən sonra Ermənistan baş prokurorluğu mətbuat vasitəsilə Karapetyanın dediklərini inkar edib. Aprel iştirakçılarından birinin atasının da bu kimi açıqlamalar verməsini araşdıran prokurorluq müəyyən edib ki, aprel döyüşləri zamanı yanacaqla bağlı problemlər səbəbindən xüsusi hərbi texnikanın işləməməsi və döyüş tapşırığını icra etməməsi ilə əlaqədar heç bir hadisə qeydə alınmayıb. Bununla da yanacaq mövzusu bağlanmışıdr.
Ermənistan müdafiə nazirinin keçmiş müavini Andranik Köçəryan "Forrights.am" saytına verdiyi müsahibədə aprel döyüşlərindən çıxarılan nəticələri bu şəkildə qiymətləndirib.
O, ən böyük çıxarılan nəticəni Movses Hakopyanın karyerasının artırılaraq Ermənistan BQ rəisi təyin edilməsini və bundan başqa nəticə olmadığını göstərib. O qeyd etmişdir ki, həmin çatışmazlıq və nöqsanların meydana gəlməsinə görə elə ilk növbədə Movses Hakopyan məsuliyyət daşıyırdı. Köçəryan əlbəttə digər şəxslərin də ordudan uzaqlaşdırıldığını qeyd edib: "Yəqin bunu kifayət qədər yetərli hesab ediblər. Mən hesab edirəm ki, bu kifayət deyil. Aprel ayınadək ordu daima zəruri döyüş hazırlığı vəziyyətinə gətirilməli idi".
Erməni hüquq müdafiəçisi Artur Sakunts aprel döyüşləri nəticəsində Ermənistan silahlı qüvvələrində aşkarlanan bu sistemin problemləri və ciddi cinayətkarlıqlarla əlaqədar cinayət işlərinin qaldırılması və istintaqının aparılmadığını bildirib.
"Müharibə dövründə nöqsanlar insan həyatının itirilməsinə səbəb olur. Həlak olanları isə qəhramanlaşdırmaqla , öz şəxsi nöqsanlarını ört-basdır edirlər, bu əxlaqsızlıqdır. Əgər məsuliyyətə cəlb ediləcək qurum yoxdursa, hazırda da nöqsanların olmadığına və ya çatışmazlıqların aradan qaldırılmasına ciddi addımlar atıldığına kim zəmanət verə bilər. Baş komandalığın hansı səhlənkarlıqlar və nöqsanlar aşkarlandığını bilmədiyini düşünmürəm. Onların daha çox məlumata sahib olduqlarına əminəm, ancaq nöqsanları gizlətmək yolunu seçdilər. Bu nöqsan və çatışmazlıqlar barədə açıq hesabat verməmək yolunu seçdilər", - deyə Sakunts əlavə edib.
Onun sözlərinə görə, ortaya sual çıxır, aprel döyüşləri baş verənədək ön xətt mövqelərində görüləcək işləri yerinə yetirmədiklərinə görə kim cavab verəcək və ya illərdir bu məqsədlə ayrılan vəsaitlər hara sərf edilib və kimin cibinə gedib.
Burada həmçinin nöqsanlara görə məsuliyyət daşıyanların və həmin yol verilən nöqsanlara görə məsuliyyətə cəlb edilməməsini bildirən, hüquq müdafiəçisi hələ də döyüşlərdən nəticələr çıxarılmadığını qeyd edib.
"Ona görə ki, müdafiə sistemi korrupsiyaya necə bulaşıbsa, olduğu kimi də qalmaqdadır. Bu sistemdə necə cəzasız qalırdılarsa, o cür də qalmaqdadırlar", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az