Düşmən 2018-ci ildə müdafiə sahəsinə nə qədər xərcləyib? – MART

2018/04/ermeniler345345_1517571034_1520230934_1522843545.jpg
Oxunub: 4504     20:22     04 Aprel 2018    
2018-ci ilin cari 3 ayı ərzində müdafiə sahəsinin xərclərinə Ermənistan büdcəsindən 35 milyard (124 milyon 40 min 340 AZN ) dram sərf edilib.

Ordu.az xəbər verir ki, bu barədə e-gov.am saytındakı interaktiv büdcə bölümündəki məlumatda bildirilir.

2018-ci il büdcə qanunu ilə müdafiə sahəsinin xərcləri 247 milyard dram (881 milyon 124 min 88 AZN) təşkil edir. Bu rəqəm 2017-ci il hərbi büdcəsi ilə müqayisədə 18.15 % və ya 38 milyard dram (135 milyon 557 min 552 AZN ) çoxdur.

Ermənistan müdafiə naziri Vigen Sarkisyan bildirib ki, artırılan büdcə vəsaitlərinin əsas hissəsi silah və sursat alınmasına yönəldiləcək.

Qeyd edək ki, 35 mlrd dram məbləğdən mart ayında 14 mlrd dramadək vəsait xərclənib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin