Düşmən ordusunda qumar oyunları müzakirə edilir

2018/04/456456_1517386538_1522843073.jpg
Oxunub: 3910     20:07     04 Aprel 2018    
Erməni hərbi qulluqçular tərəfindən hərbi hissədə, xidmət yerində və hərbi vəzifə borclarını yerinə yetirərkən qumar oyunlarında iştirak etmə və ya bu oyunları təşkil etməyə görə cinayət qanunvericiliyinə görə məsuliyyət müəyyən ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində dövlət hüquq və insan hüquqları məsələləri üzrə daimi komissiyada müzakirələr aparılıb.

Yeni qanun layihəsinin həmmüəllifi olan hakim partiyanın üzvü Karine Acemyan bu məqsədlə Ermənistan cinayət qanunvericiliyində dəyişikliklər edilməsini təklif edib.

O, qumar sahəsində oyanılan əmlak, əmlak hüququ, qiymətli kağızlar və ya başqa üstünlüklərin əldə edilməsi ilə müşayiət olunan bu oyunların çağırış hesab olunmaqla, erməni cəmiyyəti üçün problem olduğunu bildirib.

Komissiya üzvləri qumar oyunlarının qadağan olunmasını Ermənistan silahlı qüvvələrdə cinayət sayının artmasına səbəb olacağına diqqət çəkib. Ancaq qanun layihəsinin müəllifi olan Acemyan isə əksinə bunun cinayətkarlığın azalmasına səbəb olacağını iddia edib.

Komissiya sədri Qevorq Kostancyan, əvvəllər cinayət hesab edilməyən bir məsələnin indi cinayət hesab olunması cinayətkarlığın artmasına səbb olacağını bildirib. Komissiyanın iclasının yekun qərarına görə qanun layihəsi təkmilləşdirilməsi məqsədilə təxirə salınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin