Vanadzor ofisindən Ermənistan ordusu barədə 2 illik ARAYIŞ

2018/04/13_15154989782345_1522841995.jpg
Oxunub: 3459     19:47     04 Aprel 2018    
Ermənistan ordusunda aprel döyüşlərindən 2 il sonra korrupsiya, səlahiyyətdən sui-istifadə etmə halların aşkarlanmasına dair həyata keçirilən təbirlər barədə arayış tərtib edilib.

Ordu.az xəbər verir ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi mütəmadi olaraq, korrupsiya, səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma nəticəsində 2016-cı il əməliyyatları zamanı hərbi qulluqçuların insan hüquqlarının pozulması vəziyyətinə dair materiallarla çıxış edir.

Ofis öz səlahiyyətlərini icra etməklə bu aşkar edilən nöqsanların həlli istiqamətində hakimiyyət orqanlarının həyata keçirdiyi tədbirləri nəzarətdə saxlayır. Arayış, hesabatda qeyd edilən məsələlər ətrafında 2 ildir nə iş görüldüyünü təqdim edir. Keçən 2 il ərzində, aprel ayında baş verən hərbi əməliyyatlar zamanı aşkar edilən nöqsanlara dair məqalələr, şərhlər olsa da, Sarkisyan hakimiyyəti səssiz qalmaqda davam edib.

Aşkar edilən çatışmazlıqların erməni ictimaiyyəti tərəfindən qınanmasını, o cümlədən Vanadzor ofisi tərəfindən hazırlanan hesabatın qeyri-peşəkar olduğunu adlandıran hakimiyyət orqanları bu sübutlara qarşı əks-arqument təqdim edə bilmədi.

Qeyd edək ki, hesabatda keyfiyyətsiz yanacaq, texnikanın nasazlığı, sosial ədalətsizlik, hərbi qulluqçuların hüquqlarının qorunması və digər problemlərə diqqət yetirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vanadzor-ofisi  


Bizi "telegram"da izləyin