Lakin oxucularımızı uzun müddət yormayacağıq. Söhbət DQMV və ona bitişik olan Azərbaycan rayonlarını əhatə edən Xüsusi Təyinatlı Rayonunun hərbi komendantı, general-mayor Vladislav Safonovdan gedir. Bəli, o Safonov ki, Şuşada azərbaycanlılar onu “Dəmir general” adlandırırdılar.
Qarabağın hərbi komendantı vəzifəsini Safonov 1988-ci ildən 1990-cı ilin dekabrınadək tutub. Generalın başına görə erməni terrorçuları böyük pullar vəd edirdilər. Lakin 1990-cı ilin sonlarında ermənilər və Moskvadakı erməni lobbisinin çoxsaylı şikayətləriin təzyiqi altında İttifaq Mərkəzi onu geri çağırdı. Lakin hətta Safonovun Qarabağı tərk etməsindən sonra da ermənilər onun dalınca ov aparmaqdan çəkinmədilər. 1991-ci ilin aprelində Rostovda general Sofonova sui-qəsd təşkil edildilər, lakin yanıldılar və onun yerinə polkovnik Blaxotini güllələdilər.
Hərçənd Azərbaycanda da general Safonovu unutmurdular. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı baş tutdu və Ümummilli lider Heydər Əliyevin şəxsi dəfəti ilə Vladislav Safonov da orada iştirak edtdi. Və budur, 17 il sonra general Vladislav Safonov yeni Azərbaycana səfər edib, lakin bu dəfə polis general-mayoru, Azərbaycan daxili işlər nazirinin operativ iş üzrə köməkçisi (1981-1989), “Vətənə xidmətə görə” qızıl cəngavər ordeni Kamil Əli oğlu Məmmədovun şəxsi dəvəti ilə.
Təbii ki, biz belə fürsəti boşa buraxa bilməzdik və nitəcədə əfsanəvi “Dəmir general”la görüşdük.
- Xoş gördük, cənab general! Sizi Azərbaycanda salamlamağa şadam! Zəhmət olmasa bizə Azərbaycana səfərinizin məqsədi barədə danışın.
- Azərbaycan mənim ikinci, kiçik Vətənimdir. Bunu Azərbaycanın Rusiya ilə müqayisədə kiçik olduğu üçün demirəm. Özümün bir hissəmi burada qoymuşam, burada dostlarım dəfn edilib. Budur, öz kiçik Vətənimə səfər etmək, dostlarımla görüşmək qərarına gəldim. Həyat yoldaşım da hər zaman haqqında xeyli sözlər eşitdiyi, “İkinci Dubay” adlandırılan Bakını görməyi arzulayırdı. Elə mən özüm də Bakının necə ecazkar olduğunu, dəyişdiyini görmək istəyirdim. Aradan xeyli illər keçib. Biz özümüz üçün səfər proqramı hazırlamışıq ki, Azərbaycanda olduğum günlər ərzində hər şeyi çatdıra bilək. İlk növbədə hər kəsin haqqında bəhs etdiyi Heydər Əliyev Sarayını öz gözlərimlə görmək istəyirəm və mütləq Heydər Əliyevin məzarını ziyarət edəcəm, güllər qoyacam.
- İcazənizlə sizdən Qarabağda xidmət illəri barədə soruşum. Necə hesab edirsiniz, əgər İttifaq Şurası həmin illərdə prinsipial mövqe tutsaydı, bu tərəfdən o tərəfə mövqe dəyişməsəydi, Qarabağda spearatizmi elə beşiyindəcə boğmaq olardımı?
- Düşünürəm ki, olardı. Lakin həmin dövrdə SSRİ artıq dağılmağa başlamışdı. Erməni tərəfi mərkəzi hakimiyyətin zəifləməsindən imtina etdi. Həmçinin onlar Qarabağı Azərbaycandan ayırmaq üçün bir neçə il israrla gizli şəkildə çalışırdılar. Mən hər zaman açıq şəkildə bu barədə danışıram.
Məsələn, Qorbaçov dövlət başçısı kimi Qarabağa gələ və sərt şəkildə Respublikaların sərhəddində güc toqquşmasına yol verməməyi bəyan edə bilməzdi? Bilərdi! Lakin o bir dəfə də olsun buraya gəlmədi.
- Qarabağda sizə təzyiq göstərilirdi?
- Özü də necə?! Ermənilər gözəl başa düşürdülər ki, mən öz borcumu düzgün şəkildə icra edirəm, buna görə də Moskvaya məni vilayətdən geri çağırmaq barədə şikayət və məktubların ardı-arası kəsilmirdi. Xatırlayıram, Qarabağa SSRİ Daxil İşlər Nazirli Daxili Qoşunların komanadanı Şatalin gəlmişdi. Ora-bura gedib-gəldi. Artıq helikopterə oturmaq üzrə ikən mənə pıçıldadı: “General, heç nə etmə. Qarışma”.
Necə qarışmayım? Münaqişə edən tərəflərin arasına necə durmayım? Yox, mən buna yol verə bilməzdim. Buna görə də Şatalin məni Qarabağdan geri çağırmaq istəyirdi. Mən dərhal Bakıya – Voktor Petroviçə (Azərbaycan Kommunist Partiyası Mərkəzi Kimitəsinin ikinci katibi, Qağlıq Qarabağ Muxtar Vilayəti üzrə Republika Təşkilati Komitəsinin rəhbəri) zəng etdim, o isə öz növbəsində SSRİ daxili işlər naziri Vadim Bakatinə zəng etdi və Şatalinin qərarını ləğv etdilər.
Və ya məsələn, Moskvadan jurnalistlər öncədən erməni mövqeyinə yönələrək gəlirdilər. Xatırlayıram, bir dəfə bir çəkiliş qrupu gəldi, sadəcə qeyd olundu və geriyə Mosvkaya getməyə hazırlaşırdı. Mən dərhal onlara yaxınlaşdım. Hara getdiklərini soruşdum. Onlar isə mənə artıq onlara lazım olan hər şeyi çəkdiklərini bildirdilər.
“Bəs azəbaycanlıları çəkdinizmi? Onları dinlədinizmi?” – deyə soruşdum. “Yox”, - cavabları bu oldu. Belə olan halda mən onlarlı azəbaycanıların necə çətin şəraitdə yaşamalarını və bunu ermənilərin necə yaxşı yaşamaları ilə müqayisə edə bilmələri üçün azərbaycanlıların yaşadıqları kəndlərə apardım. Yəni onlara balansı göstərdim. Nəticədə mərkəzi televiziyanın efirində balanslaşdırılmış sujet getdi.
- Axı ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin “sosial-iqtisadi geridə qalmışlığı”, Bakıda onları sıxmaqları barədə bağırırdılar. Guya onlar azərbaycanlılardan pis yaşayırdılar...
- Bu, yalandır! Ermənilər Qarabağda şad-xürrəm yaşayırdılar, lakin azərbaycanlılar barədə bunu demək olmaz. Mən şəxsən xüsusi olaraq Moskvadan gələn çəkiliş qruplarını mərkəzdən uzaq yerləşən Azərbaycan kəndlərinə aparırdım ki, onlar azərbaycanlıların necə çətin şəraitdə yaşadıqlarını görsünlər.
- Qarabağdakı xidmət illərinizi xatırlayırsınızmı? Azərbaycan barədə xəbərləri izləyirsinizmi?
- Bunsuz da iş olar?! Faciə baş verdi. Lakin hər şey başlayanda da bu, faciə idi və bundan sonra da belə qalacaq.
İkinci sualınıza gəlincə isə, artıq dediyim kimi, Azərbaycan mənim ikinci Vətənimdir və buna görə də burada baş verənlərə laqeyd deyiləm. Ermənistan və Qarabağda öz evlərindən qovulan yüz minlərlə azərbaycanlının həyatı məni narahat edir. Onların həmin illərdə nələr yaşadığını, nələrdən keçdiyini ürək ağrısı ilə xatırlayıram...
Bəhram Batıyev
Ordu.az