Ermənistanda korpus komandiri dəyişdiriləcək - Ona hərbi salam da vermirlər

2018/03/34534534_1520577460.jpg
Oxunub: 2067     14:33     09 Mart 2018    
Ermənistanda ordu korpusun komandiri səhlənkarlığına görə işdən azad ediləcək.

Ordu.az “Çorrord İşxanutyun” qəzetinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Movses Hakopyan 2-ci ordu korpusun komandiri Davit Manukyan haqqında sistematik olaraq şikayətlər eşitməkdə davam edir.

Narazılıqlar korpus komandirinin fəaliyyətindəki nöqsanlar və qeyri-ciddi davranışları ilə bağlıdır.

Qəzetin məlumatına görə, hərbi hissədə Manukyanı ciddi qəbul etmirlər, hətta ona hərbi salam da vermirlər.

Məlumata görə, Movses Hakopyan işğal altında olan Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birindən Ermənistana vəzifəyə gətirilən polkovnik Manukyanı azad etmək niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Davit-Manukyan   Qovulma  


Bizi "telegram"da izləyin