Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

2018/03/1bbc2d8f8bcde1758d99b8d386b74c7c-1520500924_1520503102.jpg
Oxunub: 1719     17:57     08 Mart 2018    
Martın 20-də saat 11:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Açıq-qapı  


Bizi "telegram"da izləyin