Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Alpayın səfəri Bakıda 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır.
Nazir müavininin Azərbaycanda 3 gün səfərdə olacağı və Türkiyəni təmsil edəcək komandada futbol yarışına qatılacağı bildirilir.
Qeyd edək ki, martın 9-11-də Bakıda Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunmuş futbol turniri keçiriləcək.
Ağalar Ağalarlı
Ordu.az