Ermənistanda keşişlər əsgər meyiti üzərində dalaşırlar

2018/03/default43534_1519306710_1520493708.jpg
Oxunub: 2801     15:19     08 Mart 2018    
Yaxın günlərdə Ermənistanda ali dini şuranın iclası keçiriləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda cəbhədə məhv edilən erməni əsgəri Qriqor Yeğoyanın kilsədə dəfn edilməsinə icazə verilməməsi müzakirə ediləcək.

Kilsənin təcrübəsiz keşişi ölən erməni əsgərinin uzun müddət Ermənistanda yaşamamasına görə diqqətli olmağa, Şirak dini liderini məlumatlandırmağa çalışıb. Şirak vilayət kilsəsinin dini lideri isə, onun əsgər olduğuna köklənməməyi, mülki qayda ilə dəfn etməyi tövsiyyə edib. Nəticədə, baş verən hadisə qalmaqala səbəb olub.

Xatırladaq ki, ölən erməni əsgərin meyitini əvvəl kilsədə qoyulmasına icazə verilməyib. Daha sonra vəftiz edilmədiyinə görə dini ayinlərə uyğun yox, mülki qaydalara uyğun dəfni təşkil edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Dini-zorakılıq  


Bizi "telegram"da izləyin