Ermənistan MTX: 40 əcnəbi orduda xidmət etməkdən imtina edir

2018/03/1038504102345345_1520422430.jpg
Oxunub: 2126     19:32     07 Mart 2018    
Digər ölkədə hərbi xidmətdə olmalarına dair saxta sənədlər təqdim edən, Ermənistan vətəndaşlığı alan,40-dək əcnəbi Ermənistan ordusunda məcburi hərbi xidmətdən yayınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan milli təhlükəsizlik xidməti məlumat yayıb.

Ermənistan və xarici ölkə vətəndaşlarından ibarət qrup, xeyli müddətdir ki, hüquqi əsas verən saxta rəsmi sənədlərin hazırlanması və satışı ilə məşgul olub.

Ermənistan təhlükəsizlik xidmətinin məlumatında deyilir ki, aparılan araşdırmalar nəticəsində qeyd olunan qrup tərəfindən 2016-2017-ci illər ərzində Ermənistan vətəndaşlığı alan 40-dək əcnəbi adına rəngli printerlərdən istifadə etməklə, müvafiq pul müqabilində xarici ölkənin ordusunda xidmət etdiyinə dair saxta rəsmi sənədlər tərtib edərək satıb.

Həmin bu sənədlər əsasında qeyd olunan şəxslər Ermənistan ordusunda məcburi hərbi xidmətdən azad edilib və qeydiyyata alınmaqla Ermənistan vətəndaşı vəsiqəsi ilə təmin edilib.

Ermənistanın cinayət qanunvericiliyinə əsasən saxta sənəd tərtibatında, satışında hazırlanmasında ittiham edilərək, 1 nəfər xarici vətəndaş olmaqla, 11 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham edilənlərdən 4 nəfər həbs edilib, 7 nəfər isə ölkəni tərk etməməyə dair imza müqabilində azadlığa buraxılıb. Təqsirli bilinənlər tərəfindən başqa sənədlərin də saxtalaşdırıldığı bildirilir.

İstintaq araşdırmaları davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin