Ordumuzun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

2018/03/6456_1520410126.jpg
Oxunub: 2330     15:21     07 Mart 2018    
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin