Floridada SSRİ texnikası: Qanadlı piyadaların zirehləri – ARAŞDIRMA (II Yazı)

2018/03/111111111111111_1520340575.jpg
Oxunub: 2452     20:54     06 Mart 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

1960-cı illərin sonlarında sovet hava desant qoşunları çəkilən artilleriya sistemləri və özüyeriyən artilleriya qurğuları (ÖAQ) ilə təchiz edildi. Havadan endirilə bilən ÖAQ vəzifələrindən biri də zireh üzərində desant daşıya bilmək və hücumda tank rolunda çıxış etməkdən ibarət idi. Lakin ASU-57, 3,5 t çəki ilə çox zəif zirehə malik idi və 4 nəfərdən çox daşıya bilmirdi, 85 mm topa malik böyük ASU-85 qurğusu kifayət qədər güclü zirehə malik idi, lakin ağır olduğu üçün manevr imkanları məhdud idi. 60-70-ci illərdə hava desant qoşunlarının əsas hava nəqliyyat vasitəsi olan An-12 hərbi nəqliyyat təyyarəsinə çəkisi 15,5 ton olan bir ədəd ASU-85 özüyeriyən artilleriya qurğusu yerləşdirilirdi.

Bu çatışmamazlıqlar qismən desant qoşunlarında həm kəşfiyyat, həm də desantın daşınması üçün istifadə edilən təkərli BRDM-1 döyüş kəşfiyyat dozor maşınlarının hesabına kompensasiya edilir.


BRDM-1

ASU-57 və ASU-85 özüyeriyən qurğulardan fərqli olaraq, təkərli BRDM-1 üzə bilirdi. 5,6 ton ağırlığında An-12-də iki avtomobil yerləşirdi. BRDM-1 ön tərəfdən 7-11 mm qalınlığında, yanlardan və arxadan isə 7 mm qalınlığında zirehlə qorunurdu. 85-90 at gücündə mühərriki olan avtomobil şosse yolunda 80 km/saat sürət toplaya bilirdi. Yolsuzluq şəraitində iə hərəkət sürəti 20 km/saatdan çox deyildi. Təkərlərin hamısının tam aparıcı olması, şinlərdəki təzyiqə nəzarət sistemi və hər iki tərəfdən iki ədəd əlavə kiçik təkərlərin yerə buraxılması hesabına BRDM-1 maşınlarının keçmə qabiliyyəti tırtıllı texnikalardan geri qalmırdı. BRDM-1 maşınlarının az desant yerləşdirə bilməsi (cəmi 3 nəfər) və zəif silahlanması (bir ədəd 7,62 mm pulemyot) səbəbindən desant qoşunlarında məhdud istifadə edilirdi.


Tank əleyhinə raket kompleksi ilə təchiz olunan "Şmel" maşınları hava desant qoşunları üçün daha çox döyüş dəyərinə malik idi. Daşınan döyüş dəsti 6 TƏİR-dən ibarət idi, onlardan üçü döyüşə hazır vəziyyətdə korpusun daxilinə geri çəkilə bilən atıcı qurğuda yerləşirdi.


BRDM-1 döyüş kəşfiyyat dozor maşınının bazasında tank əleyhinə 2K16 "Şmel" döyüş maşını

3M6 tank əleyhinə idarə olunan raketlərin atəş məsafəsi 500-2300 metrə çatırdı. 24 kq çəkisi olan raket 5,4 kq kumullyativ döyüş başlığı daşıyaraq 300 mm zirehi dəlməyə qadir idi. Birinci nəsil TƏİRK-nin əsas çatışmamazlığı operatorun ustalığından asılı olmasında idi: raket buraxıldıqdan sonra bütün trayektoruya boyunca əl coystiki vasitəsilə idarə olunur. Raketi buraxdıqdan sonra operator izləyiciyə uyğun olaraq onu hədəfə doğru yönəldir.

Altmışıncı illərdə Hava Desant Qüvvələri Komandanı V.F. Marqelovun təşəbbüsü ilə quru qoşunlarında istifadə üçün nəzərdə tutulan tırtıllı BMP-1-ə bənzər havadan endirilə bilən konsepsiyanın hazırlanmasına başlandı. Yeni desant maşını özündə desantın qermetik korpusda daşınması və düşmən zirehli texnikaları ilə mübarizənin mümkünlüyünü birləşdirməli idi.

13 tonluq BMP-1 bu tələblərə cavab vermirdi, çünki An-12 təyyarəsi yalnız bir BMP-1 daşıya bilirdi. Hərbi nəqliyyat təyyarəsinin iki vasitə daşıması üçün desantın zirehli maşınının korpusunu ABT-101 xüsusi alüminium ərintisindən hazırlamağa qərar verildi. Qabaq zireh plitələrinin istehsalı zamanı lövhələr qaynaqla birləşdirildi. Maşın 10-32 mm qalınlığında differensial mühafizə əldə etdi. Öndən zireh 12,7 mm mərmilərə tab gətirə bilirdi, yandan isə yüngül qəlpələrdən və tüfəng mərmilərindən şəzsi heyəti qoruyurdu.


BMD-1

Daha sonra BMD-1 markasını alan maşının korpusu çox qeyri-adi bir formaya sahib oldu. Ön tərəfdən korpus iki ədəd əyilən ikipilləli lövhədən ibarətdir: birincisi 15 mm qalınlığında, yuxarıda şaquli 75° bucaq altında yerləşir, ikincisi isə 32 mm qalınlığında, aşağıda 47° bucaq altında yerləşir. Dik kənarlar isə 23 mm qalınlığa malikdir. Korpusun damı, orta bölmədə 12 mm qalınlığında, motor bölməsində isə 10 mm qalınlığındadır. Korpusun alt hissəsi 10-12 mm-dir.


BMD-1 kəsiyi

BMP-1 ilə müqayisədə bu maşın çox qısa müddətdə konfiqurasiya edilir. Öndə birləşdirilən döyüş bölməsində sürücü və komandir, çıxış qapısına yaxın isə 4 nəfər desant yerləşir. Tuşlayıcı operator isə qüllədə yerləşir.


1969-ci ildə silahlanmaya qəbul edilən BMD-1 yüngül zireh ərintisi sayəsində yalnız 7,2 ton çəkiyə malik oldu. BMD-1 maşınları 5D20-240 markalı, 240 at gücündə 6 silindrli dizel mühərriki ilə şossedə 60 km/saat sürətlə hərəkət edə bilirdi. Torpaq yolunun hərəkət sürəti 30-35 km/saat təşkil edirdi. Üzmə sürəti 10 km/s idi.

BMD-1 mühərrikinin yüksək imkanları və topağa xüsusi təzyiqin aşağı olması ərazidə yüksək manevrə şərait yaradır. İşlək hissələr pnevmatik asğı hesabına klirensi 100-450 mm arasında dəyişməyə imkan verir. BMD-1 üzə bilir, suda üzmə iki su mühərrikinin köməyi ilə həyata keçirilir. Yanacaq çənini tutumu 290 litrdir, bu isə magistral yolda 500 kilometrlik ehtiyat gediş məsafəsini təmin edir.

BMD-1 əsas silahı BMP-1 ilə eyni idi - 73 mm yarım avtomatik yivsiz 2A28 "Qrom" və fırlanan qüllədə quraşdırılan 7,62 mm PKT pulemyotu. 73 mm-lik topun fəal reaktiv mərmilərlə doldurulmasını tuşlayıcı operator həyata keçirir. Silahın atış tezliyi 6-7 atəş/dəqiqədir. Pnevmatik asqı sayəsində BMD-1-də atəşin dəqiqliyi BMP-1-dən daha yüksək oldu. Silahın hədəfə yönəldilməsi TPN-22 "Şit" vasitəsilə həyata keçirilir. Gündüz vaxtı nişangahın optik kanalı 6 qat böyütmə və 15 ° görünüş sahəsini, gecə kanalı isə 400-500 m məsafədə 6.7 qat böyütmə və 6 ° görünüş sahəsini əhatə edir. Bir sıra an sahəsində olan gecə kanal NVD passiv növü keçir. Fırlanan qülləyə yerləşdirilən əsas silahlardan başqa ön tərəfdə iki ədəd kurs pulemyotundan komandir və desantlar hərəkət zamanı atəş aça bilər.


BMD-1 73 mm-lik topdan atəş açır

BMP-1 kimi BMD-1 maşınının silahlanması parlaq bir şəkildə tank əleyhinə yönümlü hesab edilirdi. Bu, yalnız silahların tərkibi ilə deyil, həm də 73 mm topun döyüş sursatında əvvəllər qəlpəli fuqas mərmilərin olmaması ilə izah edilir. PQ-9 kumulyativ mərmiləri 400 mm qalınlığında homogen bir zirehə nüfuz edə bilir. Maksimum atəş uzaqlığı 1300 metrdir, hərəkət edən hədəflərə isə 800 m məsafədə effektivdir. 70-ci illərin ortalarındadə OQ - 9 qəlpəli fuqas mərmiləri silahlanmaya qəbul edildi. 3,7 kq ağırlığında olan mərminin tərkibində 735 qr partlayıcı maddə var. Maksimum effektiv atəş məsafəsi 800 metrdən az deyil.

Düşmən zirehli vasitələrini və atəş nöqtələrini məhv etmək üçün BMD-1-də həmçinin 3 mərmidən ibarət döyüş dəstinə sahib 9K11 "Malyutka" TƏİRK mövcuddur. TƏİRK atıcı qurğusu qüllənin üst tərəfində bərkidilir. Buraxıldıqdan sonra raketin idarəetməsi maşından çıxmadan tuşlayıcı-operatorun iş yerindən həyata keçirilir. 9M14 m uçuş zamanı birkannalı tuşlama sistemi ilə, əllə idarə olunur. 500-3000 metr məsafə aralığında raketlər effektivdir. 2,6 kq çəkidə olan kumulyativ mərmilər əvvəlcə 400mm, daha sonra isə 520 mm zirehə nüfuz edə bilir. Tüşlayıcını normal hazırlıq səviyyəsində gündüz 2000 metr məsafəyə atılan 10 raketdən 7-si hədəfə dəyirdi.

BMD-1 maşınlarında əlaqə yaratmaq üçün 30 km-ə qədər məsafədə fəaliyyət göstərə bilən P-123 və ya P-123M qısa dalğalı radiostansiyası quraşdırılır.

1979-cu ildə Hərbi Desant Qoşunlarının nizami hisələrinə modernləşdirilən BMD-1P və BMD-1PK gəlməyə başladı. Daha əvvəlki variantlardan əsas fərqi yeni 9K111 TƏİRK qurğusunun yarım avtomatik bir idarəetmə sistemi ilə silahlar arasında yer alması idi. İndi BMD-1P maşınına iki növ TƏİRK daxil edildi: biri 9M111-2 və ya 9M111M "Fagot", digəri isə iki ədəd 9M113 "Konkurs". Raketlər maşının daxilində germetik qablaşdırmada nəql olunurdu, atəşdən öncə maşının üstündəki konteynerə yerləşdirilirdi. Lazım olduqda TƏİRK maşından sökülərərək ayrı istiqamətdə istifadə oluna bilərdi.


9K111 "Fagot" TƏİRK

Yarım avtomatik tuşlama xəttindən istifadə edilməsi sayəsində atış dəqiqliyi və hədəfə vurma ehtimalı əhəmiyyətli dərəcədə artdı. İndi tuşlayıcı operatora coystik vasitəsilə davamlı raketi nəzarətdə saxlamağa gərək yox idi, sadəcə nişangah markasını hədəfin üzərində saxlamaq kifayət idi. Yeni TƏİRK düşmənin zirehli vasitələri ilə mübarizə aparmaq və atəş nöqtələrini məhv etməklə yanaşı, tank əleyhinə helikopterlərinə də qarşı da mübarizə aparmağa imkan verirdi. Hava hədəflərini vurmaq ehtimalı çox az olsa da, böyük olmasa da, helikopterə tərəf buraxılan TƏİR bir çox hallarda hücum planını pozmağa şərait yaradırdı.

Məlum olduğu kimi, 70-80-ci illərdə NATO helikopterləri BMD-1P maşınlarında olan TƏİRK daha uzaq məsafələrdə hədəfi məhv edə bilən komplekslərlə təchiz olunurdular.

9M111-2 tank əleyhinə raketlərin atəş məsafəsi 70-2000 m, normal zireh dəlməsi 400 mm qalınlığında idi. Təkmilləşdirilən modifikasiyada məsafə 2500 metrə, zirehdəlmə isə 450 mm qədər artdı. 9M113 TƏİRK, 75-4000 m arasında atəş məsafəsi aralığında 600 mm zirehə nüfuz edə bilirdi. 1986-cı ildə silahlanmaya dinamik qorunmaya nüfuz edə bilən və 800 mm homogen zirehi dələ bilən kumulyativ-tandem döyüş başlıqlı 9M113M raketləri qəbul edildi.


BMD-1P

Təkmilləşdirilən BMD-1P və BMD-PK1 hərəkət zamanı 20 km-ə qədər məsafədə əlaqə yaratmağa imkan verən bir sıra yeni ultraqısa dalğalı P-173 radiostansiyaları ilə təchiz olundular. BMD-1P quraşdırılan QPK-59 qiroskopik yarım kompas ərazidə istaqmətlənməni asanlaşdırdı.


BMD-1-in seriya istehsalı 1968-ci ildən 1987-ci ilə qədər davam etdi. Bu müddət ərzində təxminən 3800 maşın istehsal edildi. Sovet ordusunda, Hava Desant Qoşunlarından başqa bu maşınlar Hərbi Dairə Komandanının tabeliyində olan desant-hücum briqadalarında az sayıda mövcud idi. BMD-1, SSRİ-nin dost ölkələrinə də ixrac edilib: İraq, Liviya, Kuba. Öz növbəsində Kuba Ordusu 80-ci illərdə Anqola ordusuna bir neçə nəqliyyat vasitəsi təhvil verdi.


70-ci illərin ortalarında desant qoşunlarının səkkiz diviziyasında və saxlama bazalarında 1000-dən çox BMD-1 var idi. Paraşütlə endirilə bilən BMD-1 maşınlarının silahlanmaya qəbulundan sonra daha tez-tez PP-128-5000 hava amortizasiya desant platformasından istifadə olunmağa başladı. Bu platformanın əsas mənfi cəhəti onun tətbiqi üçün üzün hazırlıq müddəti idi.


Desantın döyüş maşınları hərbi nəqliyyat aviasiya vasitələrinin paraşütlə endirilməsilə yanaşı onların daxilində də daşına bilərdi. 70-80-ci illərdə BMD-1 daşıyıcılarına An-12 (2 maşın), İl-76 (3 maşın) və An-22 (4 maşın) hərbi nəqliyyat təyyarələri aid idi.


IL-76 ilə desant buraxılışı üçün hazırlanan BMD-1

Daha sonra BMD-1 desant buraxılışı üçün P-7 paraşüt platformasından və 260-400 km sürətlə 9,5 tona qədər yükü buraxmağa imkan verən MKS-5-128M və ya MKS-5-128R çoxqübbəli paraşüt sistemindən istifadə olunmağa başladı. Eyni zamanda, platformanın enmə sürəti 8 m/s-dən çox deyildi. Faydalı yükünün ağırlığından asılı olaraq, enmə hazırlığı zamanı paraşüt sisteminin müxtəlif sayda blok quraşdırıla bilər.


BMD-1 An-22-dən buraxılmaq üçün hazırlanır

Əvvəlcə yeni paraşüt sistemlərini inkişaf etdirərkən uğursuzluqlar da baş verirdi, bundan sonra texnika metalın qırıntısına çevrilirdi. Belə ki, 105-ci desant diviziyasının təlimləri zamanı paraşüt açılmadığı üçün qüllə korpusun daxilinə nüfuz etdi.

Ancaq sonradan paraşüt avadanlıqları lazımlı səviyyəyə gətirildi. 80-ci illərin əvvəllərində hər 100 ağır avadanlıq endirilməsindən orta hesabla ikisi uğursuzluqla nəticələnirdi. Lakin, ekipajların texnikalarda ayrıca enməsi böyük səpələnməyə səbəb olurdu. Bəzən ekipajın toplanması üçün bir saata yaxın vaxt tələb olunurdu. Bu baxımdan, Hava Desant Qüvvələri Komandanı general V.F. Marqelov ekipajın birbaşa döyüş vasitələrində enməsini təklif etdi. Bu məqsədlə "Kentavr" xüsusi paraşüt-platform kompleksinin hazırlanmasına 1971-ci ildə başlanıldı və artıq 1973-cü ilin yanvarın 5-də ilk dəfə iki nəfərlik bir heyət - baş leytenant A. Marqelov (ordu generalı V.F. Marqelovun oğlu) və polkovnik leytenant L.G. Zuev ilə BMD-1 daxilində təyyarədən buraxıldı. BMD-1 daxilində heyətlə birgə endirilməsi cəmi bir neçə dəqiqə ərzində texnikanı döyüşə hazır vəziyyətə gətirməyə imkan verirdi. Sonradan isə BMD-1 maşınlarının tam heyətlə endirilməsi üçün "Rektavr" ("Reaktiv Kentavr") sistemi yaradıldı. Bu orijinal sistemin əsas xüsusiyyəti, bərk yanacaqlı reaktiv mühərrikin paraşütü yerə çatmasına az qalanda əyləcdən istifadə etməsidir.

BMD-1 çoxsaylı silahlı münaqişələrdə fəal şəkildə istifadə edilıb. Əfqanıstan kampaniyasında "alüminium tank"lar ilkin mərhələdə 103-cü hava desant diviziyasının tərkibində mövcud idilər. BMD-1 mühərriki yüksək enerji sıxlığı hesabına dağ yollarının dik yamaclarında inamlı idi. Lakin maşın Əfqanıstan müharibəsinə xas olan xüsusi şəraitdə mina partlayışlarına müqaviməti və təhlükəsizliyi arzu olunan səviyyədə deyildi.

Tezliklə çox xoşagəlməz bir xüsusiyyət aşkar edildi - minaya düşən BMD_1 daxilindəki sursatlar partlayaraq bütün heyətin maşınla birgə məhv olmasına səbəb olurdu.


BMD-1 sursat dəstinin partlaması nəticəsində

Üsyançılar arasında geniş yayılan DŞK pulemyotların yan tərəfdən texnikaya nüfuz edə bilirdi. Bəzən yanacaq çənlərindən açan yanacaq alovlanırdı. Nəticədə korpus əriyirdi. Yanğın söndürmə sistemi, hətta saz vəziyyətdə olsa belə yanğını söndürə bilmirdi. Nəticədə qaytarılmaz itkilərin sayı artırdı. Buna görə də 1982-ci ildən 1986-cı ilə qədər Əfqanıstanda yerləşən bütün desant bölmələri zirehli BMP-2, BTR-70 və BTR-80 ilə təchiz edildilər.


BMD-1 keçmiş Sovet İttifaqında silahlı münaqişələrdə geniş şəkildə istifadə edilıb. Maşın yüksək hərəkətlilik və yaxşı keçicilik qabiliyyətinə malik olduğu üçün şəxsi heyət arasında məşhur idi. Amma maksimum yüngül döyüş texnikasının zəif cəhətləri də var idi: zəif zireh, minalara qarşı çox yüksək həssaslıq və əsas mexanizmlərin aşağı resursu. Əlavə olaraq 73 mm çaplı top əsas silah kimi müasir reallıqlara uyğun gəlmirdi. Dəqiqliyi aşağı olan topun effektiv atəş məsafəsi az idi, qəpəli mərmilərin dağıdıcı təsiri istənilən səviyyədə deyildi. Kurs pulemyotlardan atəş açmaq rahat deyildi. Bundan əlavə, pulemyotlardan biri komandirin sərəncamında idi, bu isə onu başlıca vəzifələrini yerinə yetirməkdən yayındırırdı.


BMD-1 qülləsinə quraşdırılan AQS-17

BMD-1 imkanlarını artırmaq üçün standart silahların əvəzinə iriçaplı NSV-12.7, DŞKM və ya AQS-17 avtomatik qumbaraatanlar kimi silahlar əlavə olaraq quraşdırılırdı.

2000-ci illərin əvvəllərində BMD-1 bazasında YARS sınaqdan keçirildi. 73 mm top qüllədən sökülərək, əvəzinə 80mm idarəolunmayan aviasiya reaktiv raketləri atmaq üçün 12 lüləli BPK-B812 atıcı qurğu quraşdırılırdı. Zirehli YARS hücum zamanı döşmənin cəmləşən qüvvələrini, döyüş sahəsindəki istehkamlarını məhv etmək və hücum edən qüvvələrə atəş dəstəyi vermək üçün nəzərdə tutulurdu.


NAR S-8 raketlərinin səmərəli atəş məsafəsi 2000 m-dir. Bu aralıqda raketlər 60 metr diametrində dairədən kənara yayınmır. Sınaqlar ümumiyyətlə müvəffəqiyyətli olsa da, hərbçıləri yarıkustar üsulla hazırlanan YARS raketlərinin atəş məsafəsi, zəif məhvetmə effekti və sistemdə az raket sayı qane etmirdi. Bu baxımdan bu tip BMD-1 maşınları tez-tez nəzarət nöqtələrini gücləndirmək və mobil sürətli çevik qruplarının bir hissəsi kimi istifadə edilməyə başlandı.

Müharibə zamanı İraq və Liviyanın silahlı qüvvələrindəki olan texnikaların əksəriyyəti məhv edildi. Amma BMD-1 maşınlarının bir hissəsi İraqda ABŞ ordusunun əlinə keçdi. Trofeylər Nevada və Florida əyalətlərindəki poliqonlarda hərtərəfli öyrənildi.


ABŞ ekspertlərinin fikrincə maşında ekipaj çox dar məkanda sıxılmış vəziyyətdə yerləşdirilib. Nişangahlar və gecəgörmə cihazları primitivdir, silahlar köhnə nəsilə aiddir. Eyni zamanda, maşının çox yaxşı sürətlənmə və manevr xüsusiyyətləri, həmçinin yüksək səviyyədə təmirə yararlılıq xüsusiyyətlərini qeyd etdilər. Mühafizə səviyyəsinə görə, Sovet döyüş vasitəsi, yüngül ərintili zirehdən istifadə olunan M113 BTR ilə təxminən eynidir. Bəzi çatışmazlıqlara baxmayaraq, BMD-1 yüngül hava zirehli vasitələrinin tələblərinə tam cavab verir. ABŞ-da hələ də havadan paraşütlə endirilə bilən BTR və ya BMP yaradılmayıb.


1974-cü ildə, BTR-D havadan endirilə bilən personal daşıyıcısının seriya istehsalı başladı. Bu maşın BMD-1 əsasında yaradılıb və korpus 483 mm uzadılaraq 6-cı cüt dayaq təkərləri əlavə olundu. Silahlı qüllə ləğv edildi. Zirehli personal daşıyıcısı 10 nəfər desant və 3 ekipaj üzvünü yerləşdirə bildi. Maşın komandiri kiçik bir qüllədə yerləşir, burada TNPO-170A və gecə-gündüz rejimli TKN-3B markalı iki müşahidə cihazı və OU-3QA2 işıqlandırıcısı quraşdırılıb. Xarici ünsiyyət R-123M radiostansiyası tərəfindən təmin edilir.


Təkmilləşdirilən BTR-D NSV-12.7 pulemyotu ilə

BTR-D silahlanması iki kurs pulemyotundan ibarətdir 7.62 mm PKT pulemyotun döyüş dəstinə 2000 mərmi daxildir. 1980-ci illərdə zirehli personal daşıyıcısının silahlanması böyük kalibrli NSV-12.7 pulemyotu və 30 mm AQS-17 avtomatik qumbaraatan qurğusu ilə gücləndirildi.


Həmçinin BTR-D-də bəzən SPQ-9 tank əleyhinə qumbaraatan quraşdırılıb. BTR-D bazasında təcili yardım və sursat daşınması üçün zirehli personal daşıyıcılarının istehsal olunurdu.


Zirehli personal daşıyıcısı BMD-1-dən 800 kq daha ağır olsa da uzunluğu bir qədər artdı, zəif torpaq da daxil olmaqla yaxşı sürət xüsusiyyətlərinə malik oldu. BTR-D, 32 °-ə qədər yoxuşu, 0.7 m yüksəklikdə divarı və 2.5 m enində xəndəyi aşa bilir. Maksimal sürət 60 km/saatdır. Zirehli personal daşıyıcısı su maneələrini 10 km/saat sürətlə üzərək keçməyi bacarır. Ehtiyat gediş məsafəsi 500 km-dir.

Göründüyü kimi, BTR-D seriyasının istehsalı 90-cı illərin əvvəllərinə qədər davam etdi. Təəssüf ki, bu tip istehsal edilən maşınların sayı barədə etibarlı məlumatları tapmaq mümkün olmadı. Amma bu modelin zirehli personal daşıyıcıları Hava Desant Qüvvələrində hələ də çox yayğındır. Sovet dövründə hər bir hava desant diviziyasında təxminən 70 ədəd BTR-D var idi. Əvvəlcə onlar Əfqanıstana yeridilən hava desant birliklərinin tərkibində idi. Onlar sonradan Bosniya və Kosovo, Cənubi Osetiya və Abxaziyada rus sülhməramlıları tərəfindən istifadə olundu. Bu avtomobil 2008-ci ildə Gürcüstan müharibəsi zamanı da istifadə edildi.

BMD-1 bazasında yaradılan BTR-D zirehli personal daşıyıcısı öz növbəsində bir sıra xüsusi məqsədli nəqliyyat vasitələri üçün əsas kimi xidmət edirdi. 1970-ci illərin ortalarından etibarən hava desant qoşunlarının hava hücumundan mühafizə etmək məqsədilə üzərində TƏİRK quraşdırılan BTR-D istehsal edildi. Desant sayı 8 nəfərədək azaldıldı, əvəzində 20 ədəd "Strela-2M", "Strela-3" və ya "Igla-1" (9K310) tipli raketlər yerləşdirildi.


Eyni zamanda, TƏİRK döyüşə hazır bir formada daşınırdı. Atəşi yarıya qədər orta qapaqdan çölə çıxan atıcı həyata keçirirdi.

Əfqanıstanda və keçmiş SSRİ-nin ərazisindəki münaqişələr zamanı BTR-D platformasına 23 mm ZU-23 zenit qurğusu quraşdırıldı. BTR-D-nin tətbiqinə başlamazdan əvvəl, 23 mm-lik zenit silahlarının müntəzəm daşınması vasitəsi QAZ-66 yük maşınları idi. Lakin ZU-23 daşınması üçün qoşunlar BTR-D-dən istifadə etməyə başladılar. Başlanğıcda BTR-D ZU-23 üçün dartıcı nəqliyyat vasitəsi olacağı ehtimal olunurdu. Lakin tezliklə aydın oldu ki, zirehli daşıyıcının damında silahın yerləşdirilməsi vəziyyətində, hərəkətlilik əhəmiyyətli dərəcədə artacaq və istifadə üçün hazırlıq müddəti qısalacaq.


Tarixi olaraq, döyüş şəraitində BTR-D üzərindəki zenit silahları yalnız yerüstü hədəflərə qarşı istifadə edilib. 2008-ci ildə Gürcüstanda Su-25 hücum təyyarələri havada olduqları ilkin mərhələ istisna ola bilər.

Əfqanıstanda ZU-23 quraşdırılan BTR-D kolonları müşayiət etmək üçün istifadə edilirdi. Zenit qurğusunun böyük yüksəliş bucaqları və nişanalmanın yüksək sürəti dağ yamaclarını daim atəş altında saxlamağa, yüksək atəş sürəti isə qəlpələnən mərmərləri ilə birlikdə düşməni tez bir zamanda bastırmağa imkan verirdi.


Özüyeriyən zirehli zenit silahları Şimali Qafqazda da qeyd edilib. Hər iki antiterror kampaniyalarının gedişində, 23 mm-lik zenit qurğuları döyüş zamanı yol blok postlarının müdafiəsinin gücləndirilməsində, kolonların müşaiyət edilməsində və desant bölmələrinin Qroznıda atəşlə dəstəkləməsində yaxından iştirak edirdi. 23 mm-lik zirehdələn mərmilər asanlıqla yaşayış binalarının divarlarını dəlib keçirdi və orada gizlənən Çeçen döyüşçülərini məhv edirdi. Həmçinin ZU-23 yaşıl meşə ərazisində tarama zamanı çox təsirli idi. Düşmən snayperləri çox tezliklə zenit silahları olan yol blok postlarına və ya kolonlara hücum etməyin təhlükəli olduğunu başa düşdülər. Əhəmiyyətli bir çatışmamazlıq isə zenit qurğusunun heyətinin qorunmadan açıqda yerləşməsi idi. Bu baxımdan, Çeçen Respublikasında zenit qurğularına əldə düzəldilən zireh quraşdırırdılar.

ZU-23 qurğuları yerləşdirilən BTR-D texnikalarının döyüşdə uğurlu istifadə təcrübəsi BMD-3D "Skrejet" markalı zavod istehsalı özüyeriyən zenit qurğusunun yaradılmasına səbəb oldu. Son model zenit qurğusunda 2 nəfərlik ekipaj qəlpədən yüngül zirehlə qorunurdu.


Hava hücumu vasitələrinə atəş effektivliyini artırmaq üçün avadanlığın tərkibinə lazer məsafə ölçən və televiziya kanallı optik elektron aparat, rəqəmsal ballistik kompüter, avtomatik hədəf izləmə sistemi, yeni kolimator nişangah və elektromexaniki tuşlayıcı əlavə edildi. Bu əlavələr hədəfi məhvetmə ehtimalını artırmağa və aşağıdan uçan hədəflər üçün günün istənilən vaxtında, istənilən hava şəraitində məhv edilməsinə imkan verirdi.

70 -ci illərin əvvəllərində məlum oldu ki, NATO növbəti on illikdə yeni çoxqatlı kombinə edilən zirehə malik, Sovet ASU-85 özüyeriyən qurğularının "dişi batmayacaq" əsas tankları silahlanmaya qəbul edəcək. Bu əsaslarla BTR-D bazasında 9M111 "Fagot" TƏİRK ilə təchiz edilən "tank qatili" BTR-RD "Robot" hazırlandı. Maşının döyüş dəstində 2 ədəd 9M111 "Faqot" və ya 9M113 "Konkurs" yerləşdirilirdi. Korpusun ön hissəsində 7.62 mm-lik pulemyot saxlanılırdı. Təhlükəsizlik və hərəkətlilik əsas baza maşın səviyyəsində qaldı.


BTR-RD "Robot"

BTR-RD korpusunun damında hər iki müstəvidə tuşlana biləcək nəqliyyat atıcı qurğunun yerləşdirilməsi üçün kəsik mövcuddur. Səfər vəziyyətində atıcı qurğu döyüş dəstinin yerləşdiyi korpusun daxili hissəsinə geri çəkilir. Atəş edildikdə, atıcı qurğu nəqliyyat konteynerindən raketi tutur və avtomatik olaraq onu tuşlama xəttinə çatdırır.

TƏİR-nin işə salınmasından sonra istifadə olunan konteyner bir kənara atılır, yeni raket isə döyüş dəstindən çəkilir tutulur və atəş xəttinə çıxarılır. Maşının korpusunun damında sol tərəfdə, komandir qapağının önündə zirehli konteynerdə 9Ş119 nişangah və həm avtomatik, həm də mexaniki idarə olunan 1PN65 termal görüntü qurğusun yerləşirdi. Səfər vəziyyətində nişangahlar zirehlə örtülür. 2006-cı ildə Moskvada quru qoşunlarının hərbi texnikalarının beynəlxalq sərgisində 1998-ci ildə silahlanmaya qəbul edilən və "Kornet" TƏİRK ilə təchiz edilən zirehli personal daşıyıcısı BTR-RD "Robot"un təkmilləşdirilən versiyası təqdim edilib.

Əvvəlki nəsil "Fagot" və "Konkurs" TƏİRK-dən fərqli olaraq, raketin hədəfə tuşlanması lazer şüası ilə həyata keçirilir. Raketin kalibri 152 mm-dir. Raketin konteynerlə çəkisi - 29 kq-dır. 7 kq ağırlığında, tandem kumulyativ döyüş başlığına sahib olan 9M133 TƏİR dinamik qorunmanın aradan qaldırılmasından sonra 1200 mm qalınlığında zirehə nüfuz edə bilir. 9M133F raketi bir termobarik döyüş başlığı ilə təchiz edilib, düşmənin istehkamlarının, mühəndis qurğularının və canlı qüvvəsinin məhv edilməsi üçün nəzərdə tutulub. "Kornet" TƏİRK aşağı sürətlə yüksəkdən uçmayan hava hədəflərini məhv etmək imkanına malikdir.


Hava desant qüvvələri ümidsiz olaraq köhnələn ASU-57 və ASU-85 qurğularından uzun müddət istifadə etdilər. Bu, BMD-1 maşınlarının 73-mm "Qrom" topunun atəş məsafəsinin və dəqiqliyinin aşağı olması, TƏİRK isə yüksək dəyəri və kiçik qəlpə partlayıcı fəaliyyəti ilə düşmənin atəş nöqtələrini və mühəndis-istehkam qurğularını məhv edilməsi kimi spesifik problemləri həll edə bilmirdi. 1981-ci ildə alay və diviziya səviyyəsində olan artilleriya bölmələrini təchiz etmək üçün nəzərdə tutulan 120 mm-lik 2C9 "Nona-S" özüyüriyən qurğusu silahlanmaya qəbul edildi. 8 tonluq çəkiyə "Nona-C"nin keçicilik və hərəkətlilik qabiliyyəti, baza şassisi olan BTR-D ilə eyni idi.


SAU 2S9 "Nona-S" desant enməsindən sonra

SAU 2C9 "Nona-S"in üstün cəhəti onun silahları idi - 120 mm kalibrdə yivli 2A51 universal top-haubitsa-minaatanının lüləsi 1.8 metr, atəş tezliyi 6-8 atəş/dəq idi. Top zirehli qüllədə yerləşir. Həm minadan, həm də top mərmilərindən eyni lülədən atəş aça bilir. Tuşlayıcının sərəncamında vizual müşahidə və qapalı mövqelərə artilleriya atəşi açmaq üçün 1P8 nişangahı, düzünə atəş açmaq üçün isə 1P30 nişangahı mövcuddur.


3OF49 markalı 120 mm yüksək partlayıcı fuqas mərmiləri 19,8 kq çəki və 4.9 kq A-IX-2 markalı güclü partlayıcı ilə döyüş dəstinin əsas sursatı hesab olunur. Bu partlayıcı RDX, heksogen və alüminium tozu əsasında hazırlanır, onun effektivliyi trotildən çox yüksəkdir. Bu səbəbdən də 120 mm mərmilərin məhvetmə gücü 152 mm mərmilərdən xeyli üstündür. 3OF49 fuqas partlayışından sonra torpaqda 5 m diametrində və 2 m dərinliyində diafraqma formalaşır. Qəlpəli partlayışdan sonra isə 7 m radiusda 12 mm polad zireh tamamilə "aşsüzənə" çevrilir. 3OF49 mərmiləri 367 m/s sürətlə lüləni tərk edirək hədəfi 8550 metr məsafədə məhv edə bilir. Tərkibində 3.25 kq partlayıcı olan 3OF50 fəal reaktiv mərmiləri isə 12000 metrə qədər təsirlidir. Düşmənin zirehli vasitələri ilə mübarizə aparmaq üçün 3BK19 kumulyativ mərmiləri nəzərdə tutulub. 13 kq-lıq mərmi 600 mm qalınlığında homogen zirehə nüfuz edə bilir. 560 m/s başlanğıc sürətə malik mərminin effektiv atəş məsafəsi isə çox azdır - 1000 metr. 120 mm topdan lazer tuşlayıcısına malik, idarə olunan "Kitolov-2" mərmilərindən nöqtə hədəflərini 0,8-0,9-a bərabər ehtimal əmsalı ilə məhv etmək mümkündür. "Nona-S" xaricdə hazırlanan və yerli istehsal olan bütün 120 mm minalarla atəş açmaq imkanına malikdir.

"Nona-S" silahlanmaya qəbul edildikdən sonra hava desant qoşunlarının ştat strukturunda dəyişiklik edildi. 1982-ci ildə hava desant alaylarının tərkibinə bir ədəd özüyeriyən artilleriya divizionu (ÖAD) daxil etdilər. 2C9 qurğuları 120 mm minaatanları əvəz etdi. 2C9 ÖAD tərkibinə üç batareya daxil oldu, hər batareyaya 6 ədəd 2C9, toplam ÖAD-a isə 18 ədəd zirehli ÖAQ verildi. Bundan əlavə, "Nona-S" artilleriya alaylarında olan ASU-85 və 122-mm D-30 haubitsalarını əvəz etdi.

"Nona-S" maşınlarının ilk döyüş tətbiqi 80-ci illərin əvvəllərində Əfqanıstanda keçirildi. Özüyeriyən qurğu dağ yollarında düşmən qoşunlarının canlı qüvvəsinin və istehkam qurğularının məhv edilməsində çox yüksək səmərəlilik göstərdi. Tez-tez istifadə olunanan mərmilərin 25 ədəddən ibarət döyüş dəsti əsas çatışmamazlıq kimi qeyd edildi. Buna görə 2S9-1 döyüş sursatının təkmilləşdirilən versiyasında döyüş dəsti 40 mərmiyə qədər artırıldı. 2C9 modeli 1980-1987-ci illərdə seriya şəklində kütləvi istehsal edildi. 1988-ci ildə, seriyası təkmilləşdirilən 2S9-1 istehsalına başlandı. Onun istehsalı cəmi bir il sürdü.

"Nona-S" özüyeriyən qurğusunun 2S31 "Vena" qurğusunun BMD-3 şassisinə quraşdırılan versiyası ilə əvəz olunacağı güman edilirdi. Lakin iqtisadi çətinliklər səbəbindən bu baş vermədi. 2006-cı ildə bu qurğuların 2S9-1M səviyyəsinə qədər modernləşdirildiyi bildirildi. Bu zaman mərmi-sursat və nişanalma avadanlıqlarını yeni növlərinin tətbiqi sayəsində dəqiqlik və atəş səmərəliliyi xeyli artdı.

9 illik seriya istehsalı ərzində 1432 ədəd "Nona-S" özüyeriyən artilleriya qurğusu istehsal edilib. "The Military Balance 2016" məlumatlarına görə Rusiya silahlı qüvvələrinin silahlanmasında 750 ədəd "Nona-S" var, onlardan 500 ədədi "saxlama" bazalarındadır. Rusiya dəniz piyadaları təxminən 30 ədəd "Nona-S"- dən istifadə edir. Keçmiş Sovet İttifaqının respublikalarının silahlı qüvvələrində təxminən iki yüz üzən artilleriya qurğusu mövcuddur. Xarici ölkələrdən "Nona-S" ilə rəsmi olaraq yalnız Vyetnam təmin edilib.

Artilleriya atəşinin idarəolunması üçün 2S9 "Nona-S" ilə silahlanmaya paralel olaraq 1V119 "Reostat" artilleriya kəşfiyyatının mobil idarəetmə məntəqəsi qəbul edildi. Maşın 1B119 vəziyyətində əsas BTR-D bazasından fərqlənir. Onun orta hissəsində xüsusi avadanlıqların dairəvi fırlanması üçün qüllənin qaynaqla kəsilən hissəsi və zirehli qapaqlarlarla avadanlıqların mühafizə edilməsi nəzəri cəlb edir.


1B119 "Reostat" kəşfiyyat və atəşi idarəetmə maşını

14 km məsafədə döyüş kəşfiyyat məqsədləri üçün maşında 1RL133-1 RLS mövcuddur. Həmçinin avadanlığına daxildir: 8 km məsafədə fəaliyyət göstərən kvant artilleriya məsafəölçəni DAK-2, artilleriya kompası PAB-2AM, müşahidə cihazı PV-1, gecə görmə cihazı NNP-21, topoqrafiya bağlantı cihazı 1T121-1, atəşi idarəetmə çihazı PUO- 9M, bort kompüter, iki ədəd VHF radiostansiyası R-123M və bir ədəd R-107M və ya R-159 radiostansiyası. Özüyeriyən zenit qurğularından, TƏİRK, ÖAQ və artilleriyanın idarəetmə maşınlarından əlavə BTR-D bazasında rabitə və komanda qərargah maşınları da yaradılıb.


BREM-D kran ilə işçi vəziyyətdə

BREM təmir üçün ehtiyat hissə və avadanlıq dəsti ilə, qaynaq avadanlığı, dartma dəsti, yük qaldırarkən maşının təyinatı üçün təmir və ehtiyat hissələri, qaynaq avadanlığı, dönən kranlar və s. ilə təchiz olunub. Maşın heyəti 4 nəfərdir. Heyətin özünümüdafiəsi və aşağı hündürlükdə hava hədəflərini məhv etmək üçün qüllədə 7.62 mm PKT pulemyotu quraşdırılıb. Əlavə olaraq BREM-D-də 902V "Tuça" tüstü buludu yaradan qumbaraatanlar mövcuddur.

Desant taborunun döyüş əməliyyatlarını idarə etmək üçün BMD-1KŞ "Soroka" (KŞM-D) nəzərdə tutulub. Avtomobilə iki ədəd P-111 VHF, bir ədəd R-123 VHF və bir ədəd R-130 KV radiostansiyası quraşdırılıb. Hər radio stansiyası bir-birindən asılı olmayaraq fəaliyyət göstərə bilər. P-123M və P-111 VHF radiostansiyaları hər hansı dörd əvvəlcədən hazırlanan tezliyi avtomatik olaraq konfiqurasiya edə bilir.


BMD-1KŞ "Soroka"

Hərəkətdə əlaqəni təmin etmək üçün zenit şüalı iki yay formalı antena nəzərdə tutulub. Maşın xarici görünüşünə görə BTR-D-dən döyüş zonasında zirehli örtüklə bağlanan ön pəncərələri ilə fərqlənir.


BMD-1KŞ "Soroka" quraşdırılan anten qurğuları ilə

Açılan dörd metrlik anten ilə təchiz edilən P-130 radiostansiyası 50 km-ə qədər məsafədə rabitəni təmin edir. Rabitə diapazonunu artırmaq üçün maçta anteninindən istifadə etmək mümkündür. Avadanlıqların elektrik təchizatı AB-0.5-P/30 benzin aqreqatı tərəfindən təmin edilir. Maşınlarda pulemyot yoxdur.

Havadan endirilə bilən yüngül zirehli BMD-1P "Sinisa" alay-diviziya əməliyyat-taktiki səviyyəsini uzaq rabitə ilə təmin etmək üçün nəzərdə tutulub. Bu məqsədlə, maşın 2000 km məsafədə simpleks və dupleks telefon və teleqraf rabitəsini təmin edən genişdiapazonlu və orta güclü P 161A2M radiostansiya ilə təchiz edilib. Həmçinin, avadanlığın tərkibinə T-236-B markalı məlumatların şifrli kanalları üzərində məlumat mübadiləsini təmin edən kriptoqrafik mühafizə aparatı da daxildir.

BTR-D şassisi üzərində R-149 BMRD əməliyyat-taktiki səviyyəli komanda qərargah maşını yaradılıb. Maşın naqilli və radio rabitə idarəolunma və rabitə üçün nəzərdə tutulub və ötürücü qurğularla, sıxlaşdırma aparatı ilə və peyk rabitə stansiyası ilə əməliyyat aparmağa imkan verir. Maşın dayanacaqda və hərəkətdə, həm avtonom şəkildə, həm də rabitə qovşağının bir hissəsi olaraq, gecə-gündüz fəaliyyət göstərə bilir.


Р-149БМРD

Maşının avadanlıq siyahısına P-168-100UE və P- 168-100KB radiostansiyaları, T-236 və T-231-1N şifrələmə aparatları və PƏBM bazasında informasiyanın avtomatlaşdırılması və emalı vasitələri daxildir.

P-440 ODB "Kristall-BD" maşını, peyk kanalları vasitəsilə rabitə yaratmaq üçün nəzərdə tutulub. Mütəxəssislər stansiyanın BTR-D bazasında hazırlanan çox sıx bir korpusa malik olduğunu söyləyirlər. BTR-D damında bir qatlanan parabolik anten quraşdırılıb.


P-440 ODB "Kristall-BD"

Geostasionar və yüksək eliptik orbitlərdə peyk retranslyotorların fəaliyyəti zamanı Р-440 ODB "Krystal-DB" maşınları yer səthinin istənilən nöqtəsi ilə sabit çoxkanallı telefon və teleqraf rabitəsini təşkil etmək qabiliyyətindədir. Bu stansiya 1989-cu ildə istifadəyə verilib və SSRİ Müdafiə Nazirliyinin vahid peyk rabitəsi sisteminə daxil edilib.

BTR-D əsasında, bir sıra eksperimental və kiçik seriyalı maşınlar da yaradılıb. 1997-ci ildə "Stroy-P" kompleksi silahlanmaya qəbul edildi.


"Pçela-1T" PUA-sının buraxılması

"Pçela-1T" PUA-sından Çeçenistan ərazisindəki döyüş əməliyyatlarında istifadə edilib. 5 ədəd aparat 8 ədədi döyüş tətbiqi olmaqla 10 uçuşda iştirak edib. Eyni zamanda düşmən atəşindən iki pilotsuz vasitə itkin düşdü.

2016-ci ildə Rusiya Silahlı Qüvvələrində 600-dən çox BTR-D, 100 ədəd tank "qatili" BTR-RD və 150 ədəd BTR-3D özüyeriyən zenit qurğusu mövcud idi. Vaxtında təmir və modernləşdirilmə bu texnikaların ömrünü ən azı 20 il də artıra bilərdi.

(Ardı var…)
Araşdırma Linnik Sergeyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qanadlı-piyadalar   SSRİ   ÖAQ  


Bizi "telegram"da izləyin