Azərbaycan cəmiyyətində prestiji çox yüksək olan Azərbaycan Ordusunun şəxsi heyəti, növbəti dəfə Azərbaycanda Ordunun tələbatlarının qarılanması üçün heç bir məhdudiyyətin olmamasının növbəti sübutu kimi Ali Baş Komandanın Sərəncamını ürəyiaçıqlıqla qarşılayıblar.
Hərbi ekspertlərin birmənalı fikrinə görə, Ali Baş Komandan İlham Əliyev növbəti dəfə Azərbaycan hərbi qulluqçularına öz ehtiramını ifadə edib. Məhz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan biri və regionda ən güclü ordudur. Dövlət Ordu üçün zəruri olan hər şeyi edir. Xüsusən Ordunun maddi-texniki bazası möhkəmləndirilir. Hərbi bazalar, şəhərcikər, hərbi hissələr rekonstruksiya edilir və saslı təmir olunurlar. Artıq dövlət başçısının qeyd etdiyi kimi, hərbi şəhərcik, baza, hərbi hissələrimizin 80 faizdən çoxu beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyac duyan hərbi hissələrin təmir işləri qarşıdakı illərdə aradan bitirilməlidir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Ali Baş Komandanın dünənki sərəncamı növbəti dəfə Azətbaycan Ordusunun sosial məsələlərinin onun üçün ikinci dərəcəli olmadığını növbədi dəfə sübut edir.
“Azərbaycan müharibə şəraitində yaşayır, bizim torpaqlarımızı işğal altınadır və buna görə də Ordunun qayğıları ən həyati məsələlərdən biridir. Bunu nəzərə alaraq Ali Baş Komandan İlham Əliyevin Ordunun müasir silahlarla təchizatı, o cümlədən hərbi qulluqçuların sosial problemlərinin həllini diqqətdə saxlayır. Hərbi qulluqçuların gündəlik yaşayış problemləri uğurla həll edilir. Bununla əlaqədar olaraq həmçinin yaxın zamanlarda hərbi qulluqçular üçün yeni yaşayış binasının istifadəyə veriləcəyi gözlənilir. Hərbçilər üçün yaşayış binalarının istifadəyə verilməsi artıq ölkəmizdə xoş ənənəyə çevrilir.
Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin hərbi qulluqçularının artırılması barədə dünənki sərəncamı yalnız hərbçilərə yox, onların ailələri, yüz minlərlə insanı da əhatə edəcək. Bütün bunlar Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti və mənəvi-psixoloji vəziyyətinə pozitiv təsir etməyə bilməz. Hərbi qulluqçuların hər biri öz Ali Baş Komandanlarına minnətdardırlar və onların qarşısında qoyulan istənilən əmri şərəflə icra etməyə hazırdırlar”, - deyə Ş. Ramaldanov bildirib.
Ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin sözlərinə görə, ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşmdırılması məqsədilə çox mühüm layihələr realizə edilir.
“Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılmasına atalıq qayğısı ilə yanaşır, bu istiqamətdə çox mühüm və davamlı addımlar atır. Prezidentin dünənki sərəncamı da Ordunun maddi-texniki bazasının gücləndirilməsinin hər zaman hərbi qulluqçulara dair sosial-gündəlik məsələlər kompleksində həll olunduğunun nümunəsidir.
Bu tədbirlər Ordunun gücünü artırmaqla hərbi qulluqçuların döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyətində müsbət şəkildə özünü göstərir. Bunun sayəsində Ordumuz dünyanın ən döyüş qabiliyyətli orduları sırasına yüksəlir.
Mənim kimi Azərbaycan Ordusunun bütün şəxsi heyəti də Ali Baş Komandanın hərbi qulluqçulara qayğısını yüksək qiymətəndirir”, - deyə Ə. Qənizadə vurğulayıb.
Bəhram Batıyev
Ordu.az