Ordu.az xarici KİV-lərtə istinadən xəbər verir ki, bu barədə Pxeyana münasibətdə sanksiyaların yerinə yetirilməsinə nəzarət edən ekspertlər qrupu hesabat hazırlayıb.
BMT mütəxəssisləri qeyd edirlər ki, fəhlələr 2014-cü ilin 1 iyulundan 31 dekabrınadək Polşanın “Armex” şirkətində işləyiblər. İşlər “Crist S.A.” gəmiqayırma tərsanəsində, Polşanın şimalındakı Qdınya şəhərində aparılıb.
BMT TŞ ekspertlər qrupu qənaətə gəlib ki, bu, BMT Təhlükəsizlik Şurasının 2009-cu ildə qəbul etdiyi 1874 nömrəli qətnamənin pozulmasıdır.
Ağalar Qəribov
Ordu.az