Hindistan S-400-ləri almağa çalışır: Qabaqcıl müdafiə sistemi haqda bilməli olduğunuz 8 FAKT

2018/03/orig-1515838242313ed126f4b06477b8fae9de9de03c7c213_1520267029.jpeg
Oxunub: 2608     00:21     06 Mart 2018    
Hindistan Müdafiə Nazirliyinin qarşıdakı 6 həftə ərzində Rusiya ilə S-400 “Triumf” havadan müdafiə sistemlərini almaqla bağlı müqavilə bağlayacağı gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki dövlət S-400 raketlərinin satışı ilə bağlı danışıqlar aparıldığını hələ 2016-cı ilin oktyabrında elan edib.

Həmin vaxt Hindistan təxminən 5 milyard dollardan bir qədər artıq məbləğdə müqavilənin bağlanması üzrə danışıqlar aparıldığını təsdiqləyib. Hazırda havadan müdafiə sistmelərinin Hindistana nə vaxt çatdırılması ilə bağlı heç bir məlumat verilməsə də, neçə sistemin alınacağı və qiymətin nə qədər olacağına dair bu yaxınlarda ortaq məxrəcə gəlinməsi ehtimal edilir.

S-400 “Triumf” raketləri ilə bağlı 8 əsas fakt:

- S-400 yer-hava raketləridir və 20-185 kilomter yüksəklikdəki istənilən hədəfi sıradan çıxara, mobil platormadan atıla bilər.
- “Triumf” 17 min km/saat sürətə çata bilir ki, bu da saniyəyə 4,8 kilometr sürət deməkdir.
- S-400 hədəfi vurma mənzilinə görə 4 versiyaya ayrılır: 40N6 (400 km), 48N6 (450 km), 9M96NE2 (120 km), 9M96NE (40 km)
- Versiyalarından asılı olaraq, o, 24-180 kq arası ağırlıqda döyüş başlığını istənilən nöqtəyə daşıya bilər.
- Qırıcı təyyarələrlə yanaşı, S-400 həm də dronlar, ballistik raket və strateji qanadlı raketlərə qarşı da istifadə edilə bilər.
- “Triumf” sürətli və manevrli hədəflərə qarşı çox yüksək sərrastlığa malik raketdir. Onun dəqiqliyi təyyarələrə qarşı 0,9, PUA-lara qarşı 0,8, raketlərə qarşı isə 0,7-dir. (Qeyd: əgər raket hədəfi 10 cəhddən 9-da vura bilirsə, bu 0,9 kimi göstərilir)
- “Triumf” raketləri 15 illik istifadə müddətinə malikdir. Onun yerdəki hissələri isə 20 il istifadə edilə bilər.
- Bir “Triumf” raket sistemi 400 milyon dəyərindədir. O, 72 atıcını və maksimum 384 raketi nəzarətə götürə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Rusiya   S-400  


Bizi "telegram"da izləyin