Soruşma, demə: Pentaqonun əsgərlərin şəxsi silahlarını izləmə siyasəti

2018/02/orig-1511919194e30f69fbec90b34c1b233529ae7e0cbc3453_1519722986.jpeg
Oxunub: 4337     17:43     27 Fevral 2018    
ABŞ əsgərlərinə ölkə daxilindəki hərbi təsislərdə özlərini müdafiə etmək üçün şəxsi silah daşıma icazəsi verilib, lakin Pentaqonun nə qədər qulluq üzvünün hazırda bundan istifadə etdiyinə dair heç bir fikri yoxdur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, xidmət üzvlərinin şəxsi silahlarını hərbi bazalara gətirməsinə icazə verilib-verilməməsi məsələsi prezident Trampın 23 fevraldakı çıxışında sonra bir daha gündəmə gəlib.

Tramp həmin çıxışında 2015-ci ildə Teenesinin Çattanoqa bölgəsindəki hücum nəticəsində 4 dəniz piyadasının ölməsini əsas gətirərək daha çox əsgərin silahlandırılmalı olduğunu bildirib.

“Biz bütün hərbi bazaları silaha sərbəst zona etməyi düşünürük. Əgər bizim hərbçilərimiz silahsız olsalar, bu çox pis olar. Buna dair bir neçə örnək də var, bilirsiz. Buna görə də biz hərbçimizi qorumaq istəyirik”, - deyə Tramp bildirib.

Hələlik Pentaqon əsgərlərə silah daşımağa icazə siyasətində heç bir dəyişiklik etməyib. Lakin əgər biz federal, ştat və yerli qanunlar və digər tələblərin uyğun olduğunu görsək, müəyyən dəyişiklik etmək haqda düşünə bilərik. İstənilən halda bu siyasət xaricdəki əsgərləri əhatə etmir”, - deyə Pentaqonun sözçüsü polkovnik-leytenant Ceymi Deyvis qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Silah-daşıma  


Bizi "telegram"da izləyin