İraq S-400 HHM sistemləri almağı düşünür

2018/02/4324782364789236_1519717271.jpg
Oxunub: 4313     15:39     27 Fevral 2018    
İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Hakim Əl Zəmili Bağdadın müasir birləşdirilmiş havadan müdafiə və yer-hava raket sistemləri almalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibə verərkən xüsusilə S-400 sistemlərini nəzərdə tutduğunu vurğulayıb.

“İraqın öz torpaqlarını və hava fəzasını hava hücumlarından müdafiə etmək üçün müasir silahlar almağa hüququ var. Terrorizm hər bir iraqlı üçün müqəddəs olan əraziləri hədəf alır. Ekstremistlərin bu müqəddəs yerlərə hücum üçün təyyarələrdən istifadə edə biləcəyinə dair bəzi işarələr var. Amerika inkişaf etmiş ölkədir, həm də bütün ölkələrdən daha çox. Lakin Dünya Ticarət Mərkəzinə təyyarələrlə hücum edildi. Buna görə də, İraq öz ərazisini, türbələrini və hava məkanını müdafiə etmək üçün S-400 kimi sistemlər almağı düşünür. Biz bu barədə ciddiyik. ABŞ İraq ordusunu dolğun müdafiə təmin edəcək sistemlərlə silahlandırmaqda həvəssizdir. Lakin o, eyni zamanda İraqın ABŞ planlarının həyata keçirilməsi üçün açıq bir arena olmasını istəyir. Buna görə İraqın öz havadan müdafiə sistemlərinə sahib olmağa ehtiyacı var”, - deyə parlamentari bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   S-400  


Bizi "telegram"da izləyin