Ukraynanın şərqində fəaliyyət göstərən separatçıların Donbasdakı hücumları nəticəsində gecəyarısı Ukrayna ordusunun 3 əsgəri yaralanıb.
Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, 82 və 120 mm-lik minaatanlardan istifadə edən separatçılar gün ərzində 4 dəfə atəşkəsi pozub.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Donbas
Ukrayna
Atəşkəs