Su-57-nin Suriyaya yerləşdirilməsinin məqsədi aydın olub

2018/02/received_2483282988564521_1519663812.jpeg
Oxunub: 2966     00:56     27 Fevral 2018    
Rusiyanın Suriyaya yerləşdirdiyinə dair iddia edildiyi 4 ədəd beşinci nəsil gizli qırıcıları Su-57 aktiv döyüş əməliyyatlarında iştirak etməyəcək.

Ordu.az “Əl-Məsdər” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Orduya yaxın mənbələrə istinadə edən qəzet, Su-57-lərin Suriyada radar sistemləri və elektron hərbi təchizatları sınaqdan keçirəcəyini qeyd edib.

Mənbələr qətiyyətlə qırıcıların döyüş əməliyyatlarında iştirak etməyəcəyini və onların yerləşdirilməsi ilə bağlı qərarın ötən il Moskvada baş tutan MAKS aviaşousunda verildiyini bildirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Su-57  


Bizi "telegram"da izləyin