Lavrov NATO-nun Rusiya ilə əlaqələrini müzakirə edəcək

2018/02/uzn_145094204534534_1519642402.jpg
Oxunub: 3949     18:52     26 Fevral 2018    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Portuqaliya Xarici İşlər naziri Auqusto Santos Silva bu gün Moskvada görüş keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin XİN-i məlumat yayıb.

Məlumatda, tərəflərin görüş zamanı Ukraynadakı vəziyyət, Avropa İttifaqı və NATO-nun Rusiya ilə əlaqələri müzakirə edəcəyi qeyd olunub.

Bundan başqa müzakirə ediləcək mövzular arasında Suriya, Liviya və Afrikanın müxtəlif hissələrindəki vəziyyət də yer alacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin