Sinayda 6 terrorçu məhv edilib

2018/02/4684684684647_1519630648.jpg
Oxunub: 3797     15:38     26 Fevral 2018    
Misir Silahlı Qüvvələrinin ölkənin Sinay yarımadasında həyata keçirdiyi terrorizmlə mübarizə əməliyyatlarında daha 6 terrorçu zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir ordusunun Baş Qərargah məlumat yayıb.

Məlumatda, öldürülənlərlə yanaşı xeyli sayda şübhəlinin də ələ keçirildiyi, terrorçulara məxsus depo, silah anbarı, zirehli texnikaların məhv edildiyi bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Sinay   Terror  


Bizi "telegram"da izləyin