Çexiyanın Müslimi verəcəyinə ümid edirik - Ərdoğan

2018/02/4684684684684_1519628837.jpg
Oxunub: 3651     15:03     26 Fevral 2018    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PYD/PKK terror təşkilatının keçmiş rəhbəri Müslimin Çexiya tərəfindən Türkiyəyə ekstradisiya ediləcəyinə ümid etdiyini bildirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan ekstradisiyadan sonra hər kəsin ədalətin qələbəsinə şahid olacağını əlavə edib.

Qeyd edək ki, Müslim Türkiyənin tələbinə əsasən İnterpolun Çexiyadakı idarəsi tərəfindən ələ keçirilib. Praqa qərarın Çexiya məhkəməsi tərəfindən veriləcəyini və Ankaranın prosesdən xəbərdar ediləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PYD   PKK  


Bizi "telegram"da izləyin