Rusiyada “Pyotr Morqunov” suya 2018-ci ilin mayında buraxılacaq

2018/02/received_2479611335598353_1519234642.jpeg
Oxunub: 1606     02:07     22 Fevral 2018    
“11711 “Pyotr Morqunov” layihəsinin böyük desant gəmisi suya 2018-ci ilin may ayında endiriləcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə gəminin istehsal olunduğu “Yantar” Baltikyanı gəmiqayırma zavodunun mətbuat katibi Sergey Mixaylov bəyan edib.

“Mayın ikinci yarısında “Pyotr Morqunov”un suya endirilməsi planlaşdırılır”, - deyə Mixaylov bildirib.

O qeyd edib ki, daha öncə nəzərdə tutulduğu kimi, gəmi Rusiya donanmasına məhz bu il təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pyotr-Morqunov   Yantar   Rusiya  


Bizi "telegram"da izləyin