Polşa ABŞ-la “Patriot”lara dair müqavilə imzalayacağına ümidvardır

2018/02/456456_1519203866.jpg
Oxunub: 1417     17:22     21 Fevral 2018    
“Polşa 2018-ci ili ilk rübündə ABŞ-ın “Patriot” raketdən müdafiə sistemlərinin təchizatı üzrə müqavilə imzalanacağına ümidvardır”.

Ordu.az Aex.ru saytına istinadən xəbər verir ki, bu barədə Polşa milli müdafiə naziri Mariuş Blaşak bəyan edib.

“Hazırki şərtləri nəzərə alsaq, müqavilənin 2018-ci ilin ilk rübündə imzalanacağına ümid var”, - deyə Blaşak bildirib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Polşa və ABŞ-ın müdafiə nazirlikləri arasında Vrşavaya “Patriot”ların satılması üzrə müqavilə imzalanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa-ABŞ   Patriot  


Bizi "telegram"da izləyin